“Qalliani olsaydı, İbrahimoviç artıq “Milan”daydı”

“Qalliani olsaydı, İbrahimoviç artıq “Milan”daydı”
XƏBƏR 20 İyun 2017 / 01:46 3542
-  A +

Tanınmış menecer Mino Rayola müştərisi Zlatan İbrahimoviçin İtaliyaya mümkün qayıdışı haqda danışıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, o, isveçli forvardın bir çox ölkələrdən təklif aldığını bildirib:

“İbranın vəziyyəti yaxşıdır. O, ABŞ-da daxil olmaqla, bir çox ölkələrdən təklif alıb. İtaliya? Zlatan “Napoli”yə yüz faiz keçməyəcək.

“Milan”ın indiki rəhbərliyi isə onunla bağlı məndən heç nə soruşmayıb. Qalliani olsaydı, İbrahimoviç artıq “Milan”daydı”.

Son xəbərlər
topaz banner