“Yuventus” Keyta ilə razılığa gəldi

“Yuventus” Keyta ilə razılığa gəldi
XƏBƏR 20 İyun 2017 / 01:29 3376
-  A +

“Latsio”nun hücumçusu Balde Keyta karyerasını “Yuventus”da davam etdirə bilər.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Turin klubu ilə 22 yaşlı futbolçu arasında aparılan danışıqlar müsbət yekunlaşıb.

Məhz “Yuventus”da forma geymək istəyi səbəbindən Keyta hazırkı klubu ilə yeni müqavilə imzalamaqdan imtina edib.

“Latsio” isə hazırkı durumdan narazıdır. Çünki FİFA-nın qaydalarına əsasən, futbolçu yalnız klubu ilə müqaviləsinin bitməsinə ən tez 6 ay qalmış başqa komanda ilə danışıqlar apara bilər. Keytanın Roma təmsilçisi ilə sözləşməsi isə gələn yay bitir.

Qeyd edək ki, son mövsümdə 22 yaşlı futbolçu “A” seriyasında meydana çıxdığı 31 oyunda 16 qol vurub.


Son xəbərlər
topaz banner