Obameyanq “Mançester Siti”nin hədəfində

Obameyanq “Mançester Siti”nin hədəfində
XƏBƏR 20 İyun 2017 / 00:19 2320
-  A +

Daha bir klub “Borussiya”nın hücumçusu Pyer-Emerik Obameyanqı transfer etmək istəyir.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “Mançester Siti” qabonlu forvardın keçidi ilə bağlı Dortmund klubuna rəsmi təklif göndərməyə hazırlaşır.

Lakin hələlik təklifin məbləği barədə məlumat verilmir. “Borussiya” daha əvvəl Obameyanqa 70 milyon avro qiymət qoyub.

Qeyd edək ki, afrikalı futbolçunu “Liverpul”, “Milan” və PSJ də heyətində görmək istəyir.

Son xəbərlər
topaz banner