Azərbaycan milli komandası Şimali İrlandiya yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçına yeni formada çıxacaq.
AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, meydan sahibləri iyunun 10-da keçiriləcək qarşılaşmada "Umbro" deyil, "Nike" firmasının istehsalı olan forma geyinəcəklər. Azərbaycan millisi mövsümün sonunadək yeni forma ilə oynayacaq. Formanın dizaynı iyunun 8-də affa.az-da və qurumun rəsmi facebook səhifəsində nümayiş etdiriləcək.
Qeyd edək ki, AFFA bir neçə ildir "Umbro" ilə əməkdaşlıq edirdi. AFFA Azərbaycan milli komandası üçün AVRO-2016-nın seçmə mərhələsinin sonuna qədər kifayət edəcək sayda geyim əldə edib. Mövcud geyim dəstlərindən qənaətlə istifadə olunduğu üçün millinin DÇ-2018-in geridə qalan oyunlarında da Umbro şirkətinin istehsalı olan formalardan istifadə olunub. Seçmə mərhələnin digər qarşılaşmaları üçün forma almaq məqsədilə AFFA bir neçə, o cümlədən Umbro və Nike şirkətləri ilə danışıqlar aparıb. "Nike" "Umbro" ilə müqayisədə tələb olunan geyimləri daha tez və 11 faiz ucuz qiymətə təmin edib. Bu səbəbdən, AFFA ilə Nike arasında razılıq əldə olunub.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi
"Qərar hansı əsasla ləğv edildi?" - Tomas Tuxel
"Milan"ın oyunçusu sıradan çıxdı
Millinin baş məşqçisindən rəqib oyunçuya qeyri-etik ifadə
"Sumqayıt"ın rəqibləri bilindi
"Üzərimizdə böyük məsuliyyət var" - Valdas Dambrauskas
Arne Slot Niderland millisinin baş məşqçisi ola bilər
Musiala əməliyyat olundu
Felipe Luisin təyinatı açıqlandı - Rəsmi
15 gün əvvəl müqaviləni yenilədiyi "Qəbələ"dən ayrıldı
“Zirə”nin rəqibindən transfer
“Kamilo Duranın transfer danışıqlarında irəliləyiş var”
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Premyer Liqa klubunda yeni baş məşqçi