“Zirə”nin baş məşqçisi Ayxan Abbasov Qol.az saytına müsahibəsində komandasının yay hazırlıq planından və transfer işlərindən danışıb.
- Komandanız ilk dəfə Avropa Liqasında çıxış edəcək. Hazırlıq planınız necədir?
- Dünəndən hazırlığa başlamışıq. Hələ ki, yeri futbolçularla məşq edirik. İyunun 10-da Türkiyənin Bolu şəhərinə gedəcəyik. Orada 11 gün təlim-məşq toplanışımız olacaq. Üç yoxlama oyunu keçirəcəyik. Rəqiblərimizin kimliyi yaxın günlərdə bəlli olacaq. Rəqib tapmaqda çətinlik olmayacaq. Bakıya qayıtdıqdan sonra da təbii ot örtüklü stadionda məşq edəcəyik. Çünki Avropa Liqasının oyunlarını təbii örtüklü “Dalğa Arena”da keçirəcəyik.
- Transfer işləri necə gedir?
- Elvin Məmmədovdan başqa istədiyimiz yerli futbolçuların hamısı komandada qaldı. Legionerlərin bir neçəsi ilə razılığa gəlmişik. Yaxın günlərdə onlar da bizə qoşulacaq. Komandaya cəlb etmək istədiyimiz futbolçular da var. Danışığımız olub. Ancaq onların öz klubları ilə müqavilələri olduğu üçün cavab gözləyirik. Transferlərin ləngiməsində bizdən asılı olmayan səbəblər var.
- Komandaya legionerlər də cəlb olunacaq?
- Həm yerli, həm də legionerlər futbolçularla danışıq aparırıq. Öz klubları ilə müqavilələri olduğu üçün adlarını açıqlamaq istəmirəm. Hər halda klubları ilə danışıqları olub. Yaxın günlərdə bizə cavab verəcəklər.
- Hansı mövqeləri gücləndirmək istəyirsiniz?
- Qapıçıdan başqa, bütün mövqelərə futbolçu almaq istəyirik. Çalışırıq ki, yerli futbolçularla güclənək. Ancaq alınmasa, legionerlər gətirəcəyik.
- Ötən mövsüm “Qarabağ”dan icarəyə götürülən Vüqar Mustafayevin müqaviləsi başa çatıb. “Zirə”də qalacaq, yoxsa “Qarabağ”a qayıdacaq?
- Vüqar növbəti mövsümdə də bizimlə olacaq. “Qarabağ”la razılıq əldə etmişik.
- Kapitan Elvin Məmmədov əvvəlcə “Zirə” ilə razılığa gəlmişdi. Onun gedişi necə oldu?
- Bəli Elvin əvvəlcə komandanı tərk etmək istəmirdi. İstirahətdən sonra ona başqa klublardan təkliflər gəldi. Sərfəli təklif gəldiyi üçün getmək qərarına gəldi. Bizim klubun özünə uyğun büdcəsi var. Reallıq budur ki, biz “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin təklif etdiyi məbləği futbolçuya verə bilmərik. Elvin bizim önəmli oyunçulardan idi. Onunla açıq danışdıq, bizdən vaxt istədi. Aramızda heç bir problem yox idi. Sırf maliyyə məsələsinə görə getmək qərarına gəldi. Biz də qərarına hörmətlə yanaşırıq. Əslində bizə gedəcəyi ilə bağlı bir söz deməyib. Ancaq müqaviləsi başa çatıb və bizim təklifimizə cavab verməyib. “Neftçi” və “Qəbələ”dən təklif alıb. Buna görə də düşünürəm ki, o klublardan birini seçəcək.
- Komandadan yenə göndərilənlər olacaq?
- Müəyyən futbolçular var ki, onlar daha çox oynamaq istəyirlər. Onlar getmək istəmələri ilə bağlı bizə müraciət etsə, mane olmayacağıq. Ancaq hələ ki, bir söz deyən yoxdur. Legionerlərdən gedənlər olacaq. Çünki bəziləri bizi qane etmir. Bütün bunlara mayın 30-na qədər aydınlıq gələcək.
Ramiq AĞAMƏMMƏDOV
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video
Montelladan məğlubiyyət şərhi
Braziliyanın Haitiyə vurduğu 3 qol - Video
Canlı yayımda ağladı, təsirli çıxış etdi - Video
Çalhanoğlu üzr istədi
Türkiyəyə qol vurdu, ən yaxşı seçildi
Türkiyə istədi, bayraq yerə qoyulmadı
Seneqal millisində böhran
ABŞ millisindən son 96 ilin ən yaxşı nəticəsi
Ardıcıl ikinci dəfə matçın ən yaxşısı seçildi
Şotlandiya - Mərakeş: Heyətlər açıqlandı
ABŞ millisi ardıcıl ikinci qələbə ilə "pley-off"da
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video