Xəbər verdiyimiz kimi, “Neftçi”nin futbolçusu İmad Faraj klubdan ayrılıb. Tunisli yarımmüdafiəçi karyerasını ölkəsinin “Esperans” klubunda davam etdirəcək.
QOL.az xəbər verir ki, klubun sosial media hesabında Farajın müraciəti paylaşılıb. O, klub rəhbərliyinə, komanda yoldaşlarına, məşqçilərə, inzibati heyətə və azarkeşlərə təşəkkür edib:
“Bu gün karyeramın mühüm bir səhifəsi başa çatır.
Klub rəhbərliyinə, komanda yoldaşlarıma, məşqçilərimə, inzibati heyətə və hər gün bu klub üçün çalışan hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Burada heç vaxt unutmayacağım anlar yaşadım və hər zaman mənim üçün önəmli olacaq insanlarla tanış oldum.
Azarkeşlərimizə böyük dəstəyə, həm yaxşı, həm də çətin anlarda bizə verdikləri gücə görə xüsusi təşəkkür edirəm. Bu formanı hər dəfə geyinəndə əlimdən gələni etməyə, bütün gücümü meydana qoymağa çalışdım.
Bu gün karyeramda yeni səhifə açmaq üçün klubdan ayrılıram. Lakin “Neftçi”yə hər zaman böyük hörmət və sevgi bəsləyəcəyəm. Bu klub və burada tanıdığım insanlar həmişə mənim həyat hekayəmin bir parçası olaraq qalacaq.
Kluba, komanda yoldaşlarıma və bütün azarkeşlərimizə gələcəkdə yalnız uğurlar arzulayıram.
Hər şey üçün təşəkkür edirəm”.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video