Uğurlardan havalananlar çox olur. Amma bir də görürsən, məşqçi havalanmayıb, futbolçusu havalanıb, ya da heç futbolçu da havalanmayıb, amma tərcüməçi Əfqan havalanıb. Buna sonra toxunacağıq.
Hələlik isə...
Azərbaycan idman jurnalistləri “Qarabağ” klubundan özünə qarşı həmişə yüksək hörmət görüb. Bu münasibətin təməlini hələ uzun illər əvvəl başda Abdulbari Gözəl, Tahir Gözəl olmaqla klubun rəhbərliyi qoyub. Bu gün o səmimi münasibətə Ağdam klubunun direktoru Əmrah Çəlikəl, baş məşqçi Qurban Qurbanov və komandanın əksər futbolçuları sadiqdirlər. “Qarabağ”ı jurnalistlərə sevdirən də təkcə komandanın uğurları olmayıb, həm də elə bu xoş, qarşılıqlı hörmətə dayanan münasibət olub.
Təsadüfi deyil ki, idman mediasının çətin durumda olduğu vaxtlarda “Qarabağ” xarici ölkələrdəki bir çox oyununa jurnalistləri də özüylə aparıb, onların bütün səfər xərclərini öz üzərinə götürüb, viza problemini həll edib. Bunu səfərlərdə olan jurnalistlər də təsdiq edə bilərlər ki, “Qarabağ”ın rəhbərliyi, məşqçi heyəti və futbolçular jurnalistlərə münasibətdə bəzi başqa klublar kimi arada rəsmiyyət yaratmayıblar, soyuqluq göstərməyiblər, onlara öz klubunun bir üzvü kimi yanaşıblar.
Və ona görə də bu gün “Qarabağ”la bir çox jurnalist arasında münasibətlər işgüzar münasibətdən dostluq səviyyəsinə qalxıb.
Amma... Günün birində bu klubda çalışan bir tərcüməçi bu gözəl münasibətləri zədələməyə səbəb olacaq düşüncəsiz, məsuliyyətsiz və elə onun özünün təbirincə desək, axmaq fikirlər səsləndirir. Əfqan adlı bu tərcüməçi Feysbukdakı səhifəsində belə bir şəkil paylaşır və...
Şəklin kənarındakı mətndən də göründüyü kimi, Azərbaycanın bütün idman mediasını, mətbuat konfransında iştirak edib normal sual verərək öz vəzifə borcunu yerinə yetirən jurnalistləri bu sözləri ilə təhqir edir: “Tərcümə edəcəyim növbəti axmaq suala qulaq asarkən, mən...”
Bir daha yuxarıdakı fikirlərin üzərinə qayıtmalı olursan. “Qarabağ”da çalışanlar - rəhbərliyindən, məşqçisindən tutmuş bir çox futbolçusuna qədər həm də yüksək mədəniyyətə sahib insanlardır. Bu halda, bu qədər tərbiyəsiz fikirlər səsləndirən biri necə olub ki, bu kluba düşüb? Necə olur ki, “Qarabağ”da tərcüməçi kimi məsul vəzifədə çalışan insan klubun qızıl prinsiplərindən birini – onun mənəvi dəyərlərini belə rahatlıqla ayaqlar altına atır, Azərbaycan futbolunun, o cümlədən elə “Qarabağ” klubunun tarixini yazan jurnalistləri təhqir edəcək qədər əndazəni aşır?
5-10 (500-1000, fərqi yoxdu) kitab oxuyub, 2-3 dil bilmək hələ yüksək insani mədəniyyət göstəricisi deyil. Kitab oxumamış da o yüksək dəyərlərə sahib olmaq mümkündür. Elə “Qarabağ”ın özündə - futbolçular arasında, məşqçilər arasında belə insanlar azdımı? Amma bir daha təsdiq olunur ki, hər şey bununla yekunlaşmır. İşlədiyin klubun bir az uğuru olanda, şöhrəti artanda istisnalar da meydana çıxır. Tərcüməçi Əfqan da “Qarabağ”da o istisnalardan oldu.
“Qarabağ”ın qələbələrinin memarı Qurban Qurbanov uğurlardan havalanmadı, amma tərcüməçi Əfqan çox tez havalandı...
Sonda bəzi idman jurnalistlərinədi sualım: Əfqanın sizi Feysbukda təhqir etməsinə “layk” qoyub niyə dəstək vermisiniz ki? Özünüzü jurnalist saymırsınız?
Aydın BAĞIROV
[email protected]
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi