Qazaxıstanın “Aktobe” klubunda gərgin anlar yaşanıb.
QOL.az sports.kz saytına istinadən xəbər verir ki, klubun yeni rəhbərliyinin keçirdiyi mətbuat konfransı azarkeşlər tərəfindən qəfil dayandırılıb. Sosial şəbəkədə paylaşılan videoda bir qrup fanatın iclas zalına daxil olaraq konfransı pozduğu görünür.
Azarkeşlər İdarə Heyətinin yeni sədri Arman Ospanovun əvvəllər sosial şəbəkələrdə “Aktobe” barədə yazdığı tənqidi və iddia edilən təhqiramiz fikirlərin çap olunmuş bannerlərini nümayiş etdiriblər. Məlumata görə, Ospanov daha əvvəl Almatının “Kayrat” klubunun fan hərəkatında yer alıb.
Hadisə zamanı Arman Ospanov masada əyləşərək fanatları sakitləşdirməyə çalışıb.
Qeyd edək ki, bugünlərdə “Aktobe” klubunun özəlləşdirildiyi rəsmi şəkildə açıqlanıb. Klubun yeni sahibi qazaxıstanlı biznesmen Nurlan Artykbayev, İdarə Heyətinin sədri isə Arman Ospanov təyin olunub.
Renat Dadaşovun komandası böyük hesabla məğlub oldu
Derbidə vurulan 6 qol - Video
Cəlal Hüseynovun "Petrolul"u xal itirdi
Haaland Premyer Liqada daha bir rekordu yenilədi
"Qarabağ" - "Neftçi" matçında heç-heçə, "Sabah"dan qələbə
“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu
İsayevin dublu, "Sabah"ın 4 qollu qələbəsi - Video
Nərimanın komandasından növbəti qələbə
“Qalatasaray” son dəqiqə qolu ilə qələbə qazandı
Çelsi” mövsümdə ilk dəfə qapısını toxunulmaz saxladı
“Görüləsi işlərimiz çoxdur” - Yeton Bekiri
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
Qapıçı zədələndi, xərəkdə aparıldı
"Qarabağ" - "Neftçi" matçının heyətləri açıqlandı
Sıx qrafikə görə klubun mətbuat konfransı ləğv edildi
Mourinyo Arda Gülerdən danışdı