“Asan oyun olmur. AZAL-la qarşılaşma da istisna deyil. Bütün görüşlərdəki kimi yenə ağır və gərgin oyun keçdi”.
Qol.az-ın məlumatına görə, bunu “Qəbələ”nin futbolçusu Filip Ozobiç Topaz Premyer Liqanın 17-ci turunda AZAL-a qalib gəldikləri oyun (2:0) haqda danışarkən deyib.
Xorvatiyalı yarımmüdafiəçi klubun saytına açıqlamasında AZALın onlar üçün asan rəqib olmadığını bildirib: “Rəqibimiz hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşsa da, kifayət qədər yaxşı futbol nümayiş etdirdi. Buna baxmayaraq, hesab açılana qədər də qol imkanlarımız oldu. Düşünürəm ki, fərqlənməyimiz üçün hücumların sonunda bir az uğur çatmırdı. Amma komandamızın heyətində xeyli sayda yüksək ustalıq səviyyəsinə malik futbolçular var. Bu da sonda sözünü dedi və 2 qol vura bildik”.
Vurduğu qolların sayını 9-a çatdırıb, bombardirlər yarışında vahid liderliyi ələ alan Ozobiç “Qəbələ”də ilk dubluna imza atıb. Sonuncu dəfə vətənində “Slaven”in heyətində çıxış edərkən bir oyunda 2 qol vuran orta sahə oyunçusu 1004 gündən sonra dubl rəsmiləşdirib. 2014-cü il mayın 11-də “Zadar” üzərində qələbəyə 2 topla töhfə verən Filip dubl və bombardirlik haqda yox, yalnız qarşıdakı matç barədə düşünür: “Hələ “Slaven”də çıxış etdiyim vaxt imza atdığım sonuncu dublu yaxşı xatırlayıram. Amma bu dəfə 2 qol vurmağım deyil qalib gəlib, bu üç xalı qazanmağımız vacib idi. Dubla imza atmağım, çempionluq və bombardirlik haqda danışmaq istəməzdim. Çünki yalnız qarşıdakı görüşə köklənib, həmin matçı düşünürük. “Zirə” ilə həmin qarşılaşmaya da qələbə üçün çıxacağıq. Səfərdən 3 xalla qayıtmaq istəyirik”.
De Zerbi ən yaxşı oldu
Türkiyə Belçikaya məğlub oldu
“Lixtenşteyndə qələbə qazanmaq istəyirik” - Toral Bayramov
Sneyder bu kluba baş məşqçi təyin olundu
Faciəli hadisədən sonra karyerasını bitirə bilər
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
Rafinyanın yorucu futbol marafonu başlayır
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Keyn millinin gələcək kapitanından danışdı
Vernidubun futbolçusuna verdiyi gözlənilməz dərs
Muslera karyerasını başa vurur?
“Real”ın futbolçusu azarkeşlərə pul payladı - Video
İngiltərə Premyer Liqasında günün ikinci baş məşqçi ayrılığı
Azərbaycan boksçusu Olimpiya 2-cisi oldu
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
Tuhel klub məşqçiliyinə qayıtmaq istəyir
Avropanın TOP klubları gürcü futbolçu üçün mübarizədə