“Anderlext”in baş məşqçisi Rene Veyler Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə oyundan əvvəl mətbuat konfransı keçirib.
- Zədəlilərimiz var. Aleksandr Kipçu “Qəbələ”yə qarşı oynamayacaq.
- Yayılan məlumatlara görə məşqçilər və futbolçular arasında problem var...
- Xeyr, belə bir şey yoxdur. Həmişə necə olubsa, indi də elədir. Oyunçularımla münasibətim yaxşdır.
- Şansları necə dəyərləndirirsiz? “Qəbələ”nin zəif cəhətlərini yapmısız?
- Bəli analiz etmişik. Onları açıqlamayacam. Müəyyən zəif cəhətlər var, amma “Qəbələ” zəif deyil. Rəqibimiz yaxşı komandadır.
- Bəs, “Qəbələ”nin güclü cəhətlərini deyə bilərsiz?
- Keçmiş oyunlarına baxmışıq, zəif deyillər. “Qəbələ”nin üstün və zəif cəhətlərini demək düzgün olmazdı. Rəqibimizin üstünlüyü ondadır ki, ilk dəqiqələrdən hücuma atılırlar və sona qədər mübarizə aparırlar. Bu da yaxşı haldır.
- “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk bildirib ki, sabah az forma şansı qazanan futbolçulara şans verəcək. Bu, sizi sevindirir?
- Biz oyuna ciddi hazırlaşmışıq. Hər bir futbolçuya qarşı ciddi nəzarət edəcəyik.
- “Qəbələ” bütün rəqiblərinə evdə qol vurub...
- Bunu öncədən də bilirdik. “Qəbələ” Azərbaycan Premyer Liqasında da ən güclülərdən biridir. Sabah bizə asan olmayacaq. Lakin bizim məqsədimiz qələbədir.
- “Anderlext” Bakıda “Neftçi” və “Qarabağ” klublarına 0:1 hesablı məğlub olub. Sabah bu tilsimi qıra biləcəksiz?
- Bu statistikaları nəzərə almıram. Diqqətli hazırlaşmışıq. Keçmiş oyunları nəzərə almamışıq. Məqsədimiz qələbə qazanmaqdır. Statistika zibil qutusan atılmalı şeydir. Bunu pis başa düşməyin.
- Kefiniz yaxşıdır. Sabah uduzsanız da belə olacaq?
- Oyun hələ başlamayıb. Əlbəttə, qalib gəlsək, bundan daha sevincli olacam. Uduzsaq da, elə belə olacam.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...