“Qəbələ” sabah Avropa Liqasının qrup mərhələsinin V turunda “Anderlext”i qəbul edəcək.
Qol.az-ın məlumatına görə, komandanın baş məşqçisi Roman Qriqorçuk oyun öncəsi mətbuat konfransında sualları cavablandırıb.
- “Sent-Etyen”lə oyundan sonra demişdiniz ki, rəqibiniz güclü çempinatda çıxış etsə də, onlarla başabaş oynadınız. Sabah üçün də bu fikir keçərli ola bilərmi?
- Bütün rəqiblərimiz bizdən güclüdür. Başa düşürük ki, şansımız qalmayıb. Ən yaxşı oyununumuzu göstərə bilsək, qələbə şansımız olacaq. Səhv buraxmamalıyıq. “Sent-Etyen”lə görüşdə buraxdığımız səhv qələbə arzumuzun üstündən xətt çəkdi. Uğur da bizim tərəfimizdə olmalıdır. Bunlar hamısı üst-üstə düşdüyü halda, qalib gələ bilərik.
- Sabah hansısa futbolçunuz oyunu buraxacaqmı?
- Dabo və Kvekveskiri sıraya dönüb. Zenyov sabah oynamyacaq. Qalan bütün digər futbolçularımız hazırdırlar. Ümid edirəm ki, həm Dabo, həm də Nika hazırda yaxşı formadadırlar. Sabah heyətdə az şans əldə edən futbolçular yer alacaq. İstəyirik ki, onlar da güclərini göstərsinlər.
- Bu dəfə “Qarabağ”la oyun üçün şans qazanmayan oyunçulara şans verəcəksiniz. Daha əvvələr isə belə etmirdiz...
- Dediyim kimi, sabah heyətdə az forma şansı qazanan futbolçular oynayacaq.
- Bu oyuna necə motivasiya olacaqsınız?
- Ağlıma gətirə bilmərəm ki, hansısa futbolçu Avropa Liqasının qrup mərhələsinə motivasiyasız çıxsın. Bu, onun özü üçün də yaxşıdır. Yaxşı oynasa, böyük klubların diqqətlərini çəkə bilər. Əgər elə oyunçu olsa, mənim gözümdən düşər. Motivasiyamız yüksəkdir.
- Komandanı Sənan Qurbanov baş məşqçi kimi meydana çıxaranda “Qəbələ” uduzmur. Sabah bu yenə belə ola bilər?
- Ümid edirəm ki, bu uğurlu seriyamız davam edəcək.
- “Qəbələ”nin qrupda qalması dəqiqdir. Rəqibin isə qrupdan çıxmaq şansları var. “Anderlext”in təzyiq altında olması sizin üçün üstünlükdür?
- Bəli, psixoloji üstünlüyə biz sahibik. Amma yaxşı oyun nümayiş etdirməliyik. Fikrimcə, ustalıq səviyyəsi daha önəmlidir.
- Rəqib iki səfər oyununda qalib gəlməyib.
- Statistikanı müzakirə edək, danışaq, amma bunun təsiri olmayacaq. Sabah bütün suallara meydanda aydınlıq gələcək.
- Seçim şansınız olsaydı, hansını seçərdiniz: “Anderlext” üzərindəki qələbəni, yoxsa “Qarabağ”la oyundakı qalibiyyəti?
- Əlbəttə ki, “Qarabağ”la oyundakı qələbəni. İndiki məqamda bunu etmək daha çətindir.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...