“Komandamızın qarşısına qrupdan çıxmaq vəzifəsi qoyulmamışdı. Amma biz bunu edib, Azərbaycan futbolunda yeni tarix yazma istəyirik”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev UEFA-nın saytına açıqlamasında deyib.
Millimizin üzvü Avropa Liqasında keçdikləri yol haqda qısa məlumat verib:
“İlk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazananda yeni mühitə düşmüşdük. Güclü rəqiblərə və qrupdakı atmosferə alışmağa çalışırdıq. Pis çıxış etmədik. “Sent-Etyen”, “İnter” və “Dnepr” kimi komandalarla layiqli mübarizə apardıq. Növbəti mövsümə daha yaxşı hazırlaşdıq və yenə güclü rəqiblərlə eyni qrupa düşsək də, pley-off-a adlamağa yaxın idik.
İndi “Qarabağ”ın daha böyük təcrübəsi var. Lakin bəxtimiz hərdən gətirmir. “Slovan”la Bakıdakı oyunun 10-cu saniyəsində qol buraxdıq, “Fiorentina” ilə səfər görüşündə isə qırmızı vərəqə bütün planlarımızı pozdu.
“Qarabağ” ardıcıl 3-cü il ildir ki, Avropanın güclü klubları ilə mübarizə aparır. Məncə, buna görə, “Qarabağ” və Azərbaycan futbolu əksər ölkələrdə tanındı”.
Q.Qarayev “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov barədə də danışıb. O, məşqçisi haqda müsbət fikirlər söyləyib: “Baş məşqçimiz mənə çox kömək edib. “Qarabağ”ın gənclər komandasında çıxış edəndə oyunumu izləyib məni əsas komandaya dəvət etmişdi. Əsas heyətdə oynayandan sonra milli komandaya da dəvət aldım.
Qurban Qurbanov bizə qələbə əmri verən komandarimizdir. O, bizə özümüzə inanmaqda kömək edir. Çox sadə və intizamlı insandı. Məhz onun rəhbərliyi altında bu səviyyəyə çatmışam. O, təkcə nəticəyə deyil, komandanın ümumi inkişafına da diqqət edir. Düşünürəm ki, “Qarabağ” Azərbaycan və Avropadakı uğuruna görə məhz Qurban Qurbanova borcludur”.
Qara komandanın kapitanı Rəşad Sadıqov barədə də xoş sözlər deyib: “Rəşad həm meydanda, həm də paltardəyişmə otağında futbolçulara öz güclərinə inanmaqda çox kömək edir. Əsas heyətdə yeni-yeni oynamağa başlayanda mənə də böyük dəstəyi olub. Öyrətdi ki, heç kim və heç nədən qorxma. Həm klubda, həm də millidə Rəşadın varlığı vacibdir. Təbii ki, onun gənc futbolçu olmadığını başa düşürük. Amma Rəşadın karyerasını bitirməyini istəməzdim. Rəşad həm “Qarabağ”, həm milli, həm də Azərbaycan futboluna çox lazımdır”.
Qarayev futbola yeni başladığı dövrdə qəssablıqla məşğul olduğunu açıqlayıb: “Futbola başlayanda əmimlə birlikdə qəssablıq edirdim. Peşəkar karyerama görə o işi buraxdım. Qəssablıqla məşğul olmaq mənə maraqlı idi”.
Poqba sıradan çıxdı
“Sabah” "Orhus"a qarşı
"Barselona" ilə matçın bilet satışı dayandırıldı
La Liqa klubu ev oyununu başqa stadionda keçirə bilər
"Barselona"nın müdafiəçisi "Liverpul"da - Rəsmi
Bezos "Liverpul"un səhmlərini almağa hazırlaşır
"Sabah"ın "Orhus"la oyunöncəsi son məşqindən - Şəkillər
Baş məşqçi rəhbərlikdən narazıdır
"Kəpəz" onu geri qaytardı
"Fasilə bizə çox yaxşı təsir etdi" - "Orhus"un baş məşqçisi
"Mənim heç vaxt istirahətə ehtiyacım yoxdur"
“Qəbələ” braziliyalı müdafiəçi transfer etdi
"Bu matça daha yaxşı hazırlaşmışıq" - "Sabah"ın futbolçusu
AFFA rəsmisi Tbilisidə stadionu qiymətləndirdi
"Barselona"da itki
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Mançester Siti" futbolçusunu icarəyə verdi
"Sabah"dan ayrılan futbolçu "Araz-Naxçıvan"da
“Barselona” Torres üçün 65 milyon avro istəyir
"Mənim üçün İnfantino dövrü çoxdan geridə qalıb"
"Liverpul"la razılaşdı
"Neftçi"nin hücumçusu "Araz-Naxçıvan"da