"Qarabağ"la oyuna qədər nəyisə dəyişmək lazımdır"

"Qarabağ"la oyuna qədər nəyisə dəyişmək lazımdır"
ÖLKƏ FUTBOLU 21 Noyabr 2016 / 13:50 7296
-  A +

“Qarabağ”la oyundan əvvəl bu cür uduzmağımız yaxşı olmadı. Ancaq oyuna yaxşı köklənmişik.  Düşünmürəm ki, “Yablonets”ə məğlubiyyət "Qarabağ"la matçımıza ciddi təsir göstərsin".

Qol.az-ın məlumatına görə, bu sözləri "Slovan"ın baş məşqçisi Yindrix Trpişovski  ölkəsinin mətbuatına müsahibəsində deyib.

O, Çexiya çempionatının 14-cü turunda “Yablonets”ə  məğlub olduqları oyunu (0:3) şərh edərkən noyabrın 24-də "Qarabağ"la keçiriləcək görüş barədə də danışıb: "Komandada çatışmazlıqlar var. "Qarabağ"la oyuna qədər nəyisə dəyişmək lazımdır. Bir neçə gün vaxtımız var. Təbii ki, problemləri aradan qaldırmaq üçün daha çox vaxt lazımdır. "Qarabağ"la oyundan sonra da səhvlərimizin üzərində işləməliyik".

Baş məşqçi “Yablonets”lə oyunda zədələnən komandanın kapitanı Milan Baroşun durumu haqda da məlumat verib: "Baroş oyunun ilk dəqiqələrində zədələndi. Məcburiyyətdən onu əvəz etdik. Çünki "Qarabağ”la görüşdə bizə köməyi çox dəyəcək. Amma onun həmin oyunda iştirak edib-etməyəcəyini dəqiq bilmirik. Baroşun əzələsində zədə var".

Qeyd edək ki, noyabrın 24-də keçiriləcək “Slovan” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 22:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu