Azərbaycan Premyer Liqasının XII turunda səfərdə "İnter”ə uduzan (0:3) AZAL-ın baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib.
Qol.az sportnet.az-a istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis jurnalistlərin görüşlə bağlı suallarını cavablandırıb.
- Oyun haqda nə deyə bilərsiniz?
- Ən rahat danışıq məğlubiyyətdən sonra olur (gülür). Rəqibi təbrik edirəm. Bizdən çox güclü idilər. Hərdən elə şeylər baş verir ki, niyə baş verdiyini anlaya bilmirəm. Komadan oyuna tam köklənə bilməmişdi. Bunun səhvi məndə idi. Fasilədən yararlana bilmədik. Komandamdan bu oyunu gözləmirdim. Hər halda, bu da bir təcrübədir, yaşayırıq, görürük. Komandada dəyişikliklər olacaq. "Sumqayıt”la oyundan sonra komandadan kimlərin gedəcəyi və kimlərin gələcəyi bəlli olacaq. Yayda komandaya gələnlərdən Aqil Məmmədovdan başqa heç kim ümidləri doğrultmur. Maliyyə çətinliyinə baxmayaraq, normal komanda quracağıq. Bugünkü oyunla bağlı danışacaq heç nə yoxdur. Komandanı oyuna kökləyə bilmədim. Məğlubiyyətin əsas səbəbkarı mənəm.
- Rəşad Abdullayevin komandaya tam uyğunlaşa bilmədiyi görünür. Gedənlər kimlər olacaq?
- Bunu indidən deyə bilmərəm. Vitse-prezidentimiz Fikrət Hüseynovla danışmışıq. Ancaq "Sumqayıt”la oyundan sonra kimlərin gedəcəyini açıqlayacağıq. Rail Məlikovun gedişindən sonra mənim üçün komandada lider yoxdur. Rəşadın uyğunlaşmaqla bağlı çətinliyi var. Bəlkə də, futbolçular onun kimi təcrübəli olmadığına görə, bu, onun da oyununa mane olur.
- Komandanın bu mövsümdə məqsədi nədir?
- Hələ heç nə bilmək olmaz. Ötən mövsümdə 5 turdan sonra qol vurmamışdıq. Ancaq sonda avrokuboklara vəsiqə uğrunda mübarizə aparırdıq. Bu gün sizə söz verirəm ki, AZAL sonuncu yeri tutmayacaq.
- Bu il yüksək liqada qalmaq uğrunda AZAL-ın rəqibi kimdir?
- Mən heç kimi rəqib saymıram. Ötən il "Rəvan”a da, "Xəzər Lənkəran”a da uduzmuşduq. Ancaq sonda "Neftçi”ni, "İnter”i məğlub etdik. Bizim üçün 8 komandanın hamısı birdir. Üçüncü dövrədə elə komanda quracağıq ki, yaxşı mübarizə aparaq. Əlimizdə olan imkanlardan istifadə edəcəyik. Dediyim kimi, klub rəhbərliyi kömək etməsə, öz vəsaitim hesabına oyunçu alacağam (gülür).
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”