“Sumqayıt”ı təbrik edirəm. Komandamız bu gün zəif oynadı”. Bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev “Sumqayıt”la oyundan sonra deyib.
Topaz Premyer Liqasının 12-ci turunda “Neftçi” səfərdə “Sumqayıt”a uduzub - 0:2.
Oyunsonrası mətbuat konfransında Abdullayev komandasından narazılığını ifadə edib: “Öz oyunumuzu göstərə bilmədik. Bu gün bizdə heç nə alınmırdı. Ötürmələrdə xeyli səhv var idi. Ehtiyat oyunçular skamyasında oyunu gücləndirəcək futbolçu yoxdur. Hamısı gəncdir. Oyundan öncə də demişdim ki, uduza bilərik. Çünki “Neftçi”də sabitlik yoxdur. Ötən tur “İnter”i udsaq da, bu, heç nəyi dəyişmirdi. “Sumqayıt” da yaxşı komandadır. Onlarda istək, əzmkarlıq yüksək səviyyədə idi. Bizim komandada bəlkə də arxayınlıq var idi. Görünür, “İnter”lə oyundan sonra kimlərsə arxayınlaşmışdı. “Sumqayıt” bu gün “Neftçi”yə yerini göstərdi”.
“Neftçi”nin çalışdırıcısı qış fasiləsində heyəti gücləndirəcəklərini bildirib: “Siyahıda bəzi futbolçular var. Onları heyətimizə qatmağa çalışacağıq. Həm legionerlər, həm də yerli futbolçulardır. Kiminsə adını çəkmək istəməzdim” (futbolxeber.az).
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”