“Şahdağ”da yeni baş məşqçi - 49 yaşlı futbolçu

“Şahdağ”da yeni baş məşqçi -  49 yaşlı futbolçu
GÜNDƏM 18 Noyabr 2016 / 16:00 3670
-  A +

Azərbaycan I divizionunda mübarizə aparan “Şahdağ” klubunun baş məşqçisi Adil Mahmudov istefa verib.

Qol.az-ın xəbərinə görə, o, “Turan Tovuz”a uduzduqları oyundan (0:1) sonra vəzifəsindən gedib.

Klubun mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, yeni baş məşqçi komandanın oyunçusu Kamran Nurəhmədov olub. O, qışa qədər “Şahdağ”ı çalışdıracaq. Nurəhmədov oynayan məşqçi olacaq.

Qeyd edək ki, 49 yaşlı Nurəhmədov Azərbaycan çempionatları tarixində oynayan ən yaşlı futbolçudur.

Daha çox


Son xəbərlər
04.08.25  10:49

Qvardiola boşanır