Bu gün Azərbaycanın tanınmış idman şərhçisi, “CBC Sport” telekanalının əməkdaşı Elnur Məmmədlinin 38 yaşı tamam olur. Qol.az saytı bu münasibətlə ona bir neçə sual ünvanlayıb.
- Əvvəlcə sizi təbrik edirik. Doğum günü qeyd etməklə aranız necədir?
- Təbrikə görə təşəkkür edirəm. Doğum günü adətən dostlarla bir yerə yığışıb qeyd edirik. Əslində ad günü burda bir bəhanə olur. Məqsəd bir yerə yığışmaq, söhbət etmək, fikir mübadiləsi aparmaqdır. Səbəb isə həmişə tapmaq olar - Bakıya ilk qarın yağması, qışda temperaturun +20-ə yüksəlməsi. Nə bilim, metallurgiya günü, kosmonavtika günü və s.
- Elnur Məmmədli idman jurnalistikasına necə gəlib?
- Uşaqlıqdan futbola marağım olub. Hələ 1990-cı illərdə “Sovetski Sport” idman qəzetinə abunə idim. Xırdalanda məhəllədə özümdən bir neçə yaş böyük uşaqlarla aid sual-cavab oyununda iştirak edirdim. 1997-ci ildən “Futbol+” qəzetinin oxucusu olmuşam. Universitetdə oxuyurudum, gördüm qəzetin birinci səhifəsində elan var. Müsabiqə keçirirdilər. Getdim özümü yoxladım. 1999-cu ilin martında müsabiqəyə xeyli adam gəlmişdi. Elə oldu ki, mən, İlkin Fikrətoğlu, Anar Şabanoğlu və Vaqif Heydərli müsabiqədən keçdik və 1999-cu ilin aprel ayından qəzetin reportyoru olduq. Sonra televiziyalarda müxbir, aparıcı kimi işləmişəm. Və sonra şərhçi kimi çalışmağa başladım.
- Bu peşəni daha çox kimlərdən öyrənmisiniz?
- İdman jurnalistikasına "Futbol+" qəzeti vasitəsi ilə gəlmişəm. Bu qəzetin baş redaktoru Mahir Rüstəmlidən çox şey öyrənmişəm.
- İdman jurnalistikasının hazırkı durumu ilə bağlı fikirləriniz necədir?
- İdman jurnalistikasının indiki durumu təbii ki, o qədər də yaxşı deyil. Mətbuat orqanları, saytlar özlərini dolandıra bilmir. Belədə hər kəs gözünü müxtəlif klublardan, saytlardan gələn reklamlara dikirlər. İndi artıq klubların da maddi vəziyyəti əvvəlki kimi deyil. Bu da idman mətbuatına öz təsirini göstərir. Həm də ötən illərə nisbətən yaradıcılıq da azlıb. İstədiyimiz araşdırma yazılarını görə bilmirik. Amma 300 manat alan reportyordan necə tələb edəsən ki, get araşdırma apar?
- Yaxşı idman şərhçisi hansı bacarıqlara sahib olmalıdır?
- İdman şərhçisi Azərbaycan dilini yaxşı bilməlidir. Pafosdan qaçmalıdır. Sadə danışmalıdır. Danışığı ilə xalqa yaxın olmalıdır. Şərh etdiyi idman növünü bilməlidir. Bir az da yumor hissinə malik olsa, lap yaxşı.
- Bir müddət əvvəl ilin şərhçisi seçildiniz. Məsuliyyət artdımı?
- AFFA yanında Media Komitəsinə və mənə səs verən bütün həmkarlara təşəkkür edirəm. Məncə, seçdilər-seçmədilər məsuliyyətin olmalıdır. Məsuliyyət mükafatla gələn şey deyil. Yəni bir iş ortaya qoyanda deməsinlər ki, gör filankəs bunu necə elədi. Yəni insanının daxili senzurası olmalıdır. Mükafatlar gəldi-gedərdi. Əsas öz məsuliyyətin, vicdanındır.
- Şərhçilik çox tənqid olunur. Bu sahənin durumu haqda nə deyə bilərsiniz?
- Bəzən şərhçiləri bekar adamlar, əlindən bir iş gəlməyən insanlar da tənqid edirlər. Oturublar evdə bekar, bəlkə də qonşunun “Wi-fi”nı qırıb "Feysbuk"a girir və olur qəhrəman. Klaviatura arxasında nə gəldi yazır. Mən demirəm ki, şərhçilikdə səhvlər, nöqsanlar yoxdur. Təbii ki, var. Və bunun üzərində də işləməliyik. Bir var adama bu işin incəliklərini bilənlər, jurnalistlər, filoloqlar, idman sahəsində az-çox intelektual səviyyəsinə bələd olduğumuz insanlar deyə, bir də var bekar uşaqlar. Amma buna fikir verməyə dəyməz.
Məncə, şərhçilik sahəsində vəziyyəti normal hesab etmək olar. Baxmayaraq ki, futbolda ən çox tənqid olunan hakimlər və şərhçilərdir. İndi ölkəmizdə iki idman kanalı var. Bu da rəqabətdir. Ortaya yaxşı məhsul qoymaq üçün mütləq rəqabət olmalıdır. Həm də mütləq şərhçilər yarışları hadisə yerindən şərh etməlidirlər. CBC Sport Türkiyə kubokunun finalını şərh etmək üçün Gündüz Abbaszadə və Abdurahman Mollaçiyevi Türkiyəyə göndərdi. Mən və Səmra Əliyeva Azərbaycan- Qazaxıstan oyununu Antalyadan şərh etdik. “Maribor” – “Qəbələ” oyununu birbaşa Sloveniyadan şərh etdik. Bundan başqa, Rüstəm Əfsərli, Murad Axundov və Doktor Ziya Avropa çempionatı vaxtı Parisdə oldular. Yəni bu az şey deyil. Nə qədər biz öz klublarımızın, yığmamızın oyunlarını Bakıdakı studiyadan şərh edəcəyik? CBC Sport çalışır ki, yavaş-yavaş bu boşluğu doldursun.
- Rəqabətdən söz açdınız. Azərbaycanda idman şərhçiləri arasında rəqabət nə dərəcədədi?
- Mənə elə gəlir ki, yetərincə rəqabət var. Yəni həm indi çalışdığım CBC Sport televiziyasında, həm də əvvəl işlədiyim kanalllarda yetərincə yaxşı, savadlı şərhçilər var. Amma bir az ölkədən kənara çıxmalıyıq. Öz üzərimizdə çox işləməliyik. Mütaliə etməliyik. Əks halda elə indiki yerimizdə qalacağıq.
- Qəzetdə işləmisiniz, sonra televiziyada müxbir, indi də şərhçilik. Hansı daha çətindi?
- Hər işin çətin tərəfləri var. Mənə elə gəlir ki, TV-yə qəzetçilikdən gələndə daha rahat olur. Bəzən elə televiziya işçiləri olur ki, xəbər yazmaqda çətinlik çəkir. Qəzetdə reportyor kimi bütün bunları öyrənə-öyrənə gəlirsən. Hər bir işin çətin tərəfi var. Şərhçlikdə bir şey var ki, sözü dedin qutardı. Artıq onu redaktə etmək mümkün deyil.
- Şərh etdiyiniz ən yadda qalan oyun hansı olub?
- Vallah, yadda qalan oyunlar çox olub. İstər Azərbaycan milli komandasının oyunları, istər klublarımızın avrokuboklardakı görüşləri. Dünya və Avropa çempionatlarından da yadda qalan reportajlar olub.
Ramiq AĞAMƏMMƏDOV
Dördüncü uğursuz start
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas
“Neftçi” yenə xal itirdi, “Şamaxı”dan qələbə
"Şamaxı"dan 3 qollu qələbə - Video
"Milyonluq futbolçular da səhv edir" - Azər Həşimov
Qvardiola: “Ən yaxşı məşqçi ser Aleks Ferqyusondur”
"Neftçi" - "Sabah": Heyətlər
FIFA və UEFA Laportanın açıqlamalarını mənfi qarşıladılar
"Real"ın oyunçusuna "qırmızı" verən hakim cəzalandırılacaq
"Yuventus" onu azad agent kimi transfer etmək istəyir
Azərbaycan klubundan ayrıldı, ölkəsinə yollandı
"Şamaxı" - "Karvan": Heyətlər açıqlandı
Alonso "Real"da 16 ildən sonra bunu bacardı
Mahirin adı yenə sifariş ərizəsində yoxdur
Millimiz Avropa çempionatında 3-cü yeri tutdu
Müllerdən ABŞ klubunda uğurlu başlanğıc
"Benfika" - "Qarabağ" matçının hakimləri açıqlandı
Azərbaycanın basketbol millisi finalda uduzdu
Luis Enrike əməliyyatdan sonra imicini dəyişdi - Şəkillər
Türkiyə millisi üçün tarixi oyun - Bu gün final var
Bakıda dünya çempionatı keçiriləcək
“Real” FİFA-ya şikayət edəcək
"İndi çempionluq haqda düşünmürük" - Filip Ozobiç
“Viləş” yenidən Azərbaycan futbolunda
Vüsal İsgəndərli Albaniya klubunda ilk qolunu vurdu
Kökçünün komandası böyük hesabla uduzdu
"Beşiktaş" "Başakşəhər"ə belə qalib gəldi - Video
2 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət - “Qarabağ”ın rəqibləri
Zamiqin komandasından mövsümdə ilk qələbə
“Qalatasaray” istəyinə ikinci hissədə çatdı - Video
Rüfət oynadı, komandası “Hayduk”a qalib gəldi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Mbappe və Ardanın qolları qələbə gətirdi - Video
Cəlalın komandasından böyükhesablı məğlubiyyət
I Liqada ilk tura yekun vuruldu
"Yuventus" - "İnter" matçında 7 qol vuruldu - Video