Bakı “İnter”inin yarımmüdafiəçisi Nizami Hacıyevin Qol.Az saytına müsahibəsi
- Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununuzu keçirdiniz. Albaniyanın “Laçi” klubu ilə səfər qarşılaşması (1:1) haqda fikirlərini bilmək istərdik.
- Səfərdən çox gözəl nəticə ilə qayıtmışıq. Həm məğlub olmamışıq, həm də qol vurmuşuq. Cavab oyunu öncəsi üstünlüyümüz var. Səfər oyunu ilə bağlı onu deyə bilərəm ki, heç də asan rəqiblə qarşılaşmadıq. “Laçi”nin heyətində kifayət qədər təhlükəli futbolçu var. Bizə çətin anlar yaşatdılar. Ancaq onları məğlub etməyə gücümüz çatar.
- “İnter” demək olar ki, yenidən qurulub. İlk oyunda komandanızda çatışmazlıqlar hiss olundu?
- Əlbəttə, ilk 30 dəqiqə ərzində çox əziyyət çəkdik. Qıraqdan baxanda da bunu görmək olardı. Komandamızda özünəinam yox idi. Heç bir futbolçu oyunu üzərinə götürmürdü. Qapımızdan qol buraxdıqdan sonra isə bir qədər rahat oynadıq. Yəni hər kəs öz üzərinə düşən məsuliyəti daha yaxşı dərk etdi və qol vurmağa çalışdıq. Bütün komanda yoldaşlarıma təşəkkür edirəm ki, sona qədər mübarizə apardılar. İlk qoldan sonra oyuna nəzarət etməyə başladıq.
- Ən az gözlənti “İnter”dən olsa da, komandanız Avropa Liqasında iştirak edən digər klublarımızdan yaxşı nəticə qazandı.
- Heyətimizə yaxşı futbolçular cəlb olunub. Hamı bura niyə gəldiyini dərk edir. Mən də daxil olmaqla bütün futbolçuları “İnter”in şərtləri qane edir. Ona görə də meydana çıxanda uşaqlarla sözləşdik ki, Albaniyadan yaxşı nəticə ilə qayıtmalıyıq. Şəxsən mən avrokuboklarda qətiyyən pulu fikirləşməmişəm. Çünki bu yarışda Azərbaycanı Avropada təmsil edirik. Klubdakı problemləri oyunda fikirləşmirik. Belə olmasa, səfərdə yaxşı nəticə ilə qayıda bilməzdik. İyulun 9-na qədər maaşımızı verməsələr də, meydana çıxıb, sona qədər mübarizə aparacağıq.
- İyulun 9-na qədər maaşların veriləcəyinə söz veriblər?
- Bəli, çox güman ki, sabah və ya birigün maaşımızı alacağıq.
- Mütəxəssislər “İnter”in Avropa Liqasında çox irəli gedə bilməyəcəyini söyləyir. Komanda daxilində inam nə dərəcədədir, ab-hava necədir?
- Hər şey normaldır. Klub rəhbərliyi tərəfindən bizə qayğı göstərilir. Söz veriblər ki, hər şey yaxşı olacaq. Gördüyünüz kimi, komandamıza yaxşı futbolçular qoşulub. Məşqdə də görürük ki, heyətimiz getdikcə formalaşır. Artıq oyun üslubumuz görünür.
- Bir müddət əvvəl AZAL-a keçmək haqda qərar vermişdin.
- Heç nəyi gizlətmək fikrim yoxdur. AZAL-a keçmək fikrim var idi. Ancaq AZAL-da vəziyyətin pis olduğuna görə “İnter”də qalmalı oldum. AZAL-ın durumu çox acınacaqlı haldadır. Ümumiyyətlə, Azərbaycanda futbol çökmək üzrədir. Əvvəllər çempionluq uğrunda 7 komanda mübarizə aparırdı. Ancaq bu gün yalnız “Qarabağ”la “Qəbələ” birincilik uğrunda yarışa bilər. Çünki digər klublarımızı maliyyə problemi pis vəziyyətdədir. Futbolumuzun bu cür acınacaqlı hala düşməsinə çox üzülürəm. İdmanımızın bütün sahələrində inkişaf var. Futbolumuz isə tənəzzülə doğru gedir. “Neftçi” kimi komanda Avropa Liqasında 7-8 gənc futbolçu ilə oynayır. “Neftçi” tarixində belə bir şey olmayıb. “Kəpəz” kimi köklü komandamızın heyətində milli komandad çıxış edən futbolçu yoxdur.
- “İnter”də də vəziyyət ürəkəçan deyil. Gələcək karyeranla bağlı nə düşünürsən?
- “İnter”lə altı aylıq müqavilə imzalamışam. Hələ ki, burdayam. Əgər hər şey yaxşı olsa, burda qalıb, karyeramı “İnter”də bitirəcəm. Hər kəs üzərinə götürdüyü işi sona qədər davam etdirməlidir. Əgər “İnter”lə müqavilə bağlamışamsa, bütün gücümü ortaya qoyub, komandamı irəli aparmalıyam. Pul ikinci dərəcəli məsələdir.
Ramiq AĞAMƏMMƏDOV
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır
Neymarı 12 matçlıq diskvalifikasiya gözləyir
Öz qapısından rəqib qapısına qol vurdu - Video
Slot Salahın gedişini təsdiqlədi
Mahir oynadı, komandası qalib gəldi
Millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti
Leau zəddəsini sağaltdı
18 ildən sonra: Tarixdə 3-cü dəfə
Eren Aydın: “Qol vuracağımı hiss edirdim”
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
Nazir və səfir “Qarabağ”ın U-12 komandasını ziyarət etdi
Poçettino “Tottenhem”in seçimindən məyus olub
Karyerasının 967-ci qolunu belə vurdu - Video
Marko Yankoviç: “Hakimlik bizi maraqlandırmır”
Messi adını daşıyan tribunanı ziyarət etdi: "İnanılmazdır"
Mançini İtaliya millisinə qayıda bilər
Fabreqas A seriyasında ən yaxşı seçildi
Orxan Məmmədov: “Sponsorlar minifutbola maraq göstərir”
Nərimanın komandası növbəti oyuna çıxır
2-ci liqada 6 oyunun hakimləri açıqlandı
Ronaldo qayıtdı, 2 qol vurdu
Yetirmələrinin transferindən ən çox qazanan klublar - Siyahı
Dembelenin dublu, PSJ-nin qələbəsi - Video
Misli Premyer Liqasında hakim təyinatları
"Şahdağ Qusar"ın qələbəsi - Video