"Molde" çox intizamlı komandadır" - Qurban Qurbanov

"Molde" çox intizamlı komandadır" - <b style="color:red"> Qurban Qurbanov</b>
ÖLKƏ FUTBOLU 15 Sentyabr 2020 / 20:40 3989
-  A +

"Milli komandaların fasiləsindən sonra bu oyuna hazırlaşmağa iki gün vaxtımız oldu. Ümumi durum pis deyil".

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Molde" ilə sabah keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

O, komandanın son durumu ilə bağlı danışıb: "Bir neçə futbolçumuzun mikrozədələri var, bu bizi narahat edir. Xayme Romero və Mahir Emreli isə zədəlidir. Rəqibimiz də bu turnirə çox ciddi hazırlaşır. Çox intizamlı komandadır. "Molde" fərqli sistemdə oynayır. Belə tip rəqiblərə qarşı bir neçə dəfə oynamışıq. İnanıram ki, rəqibi düzgün analiz edib sabah meydanda istədiyimiz oyunu qura biləcəyik".
 

Daha çox


Son xəbərlər
24.09.20  16:14

Alleqri “Roma”da?