"Barselona" futbolçuları maaşlarının 70 faizindən imtina etdi

"Barselona" futbolçuları maaşlarının 70 faizindən imtina etdi
XƏBƏR 30 Mart 2020 / 17:00 1216
-  A +

“Barselona”nın futbolçuları məvaciblərinin 70 faizindən imtina ediblər.

Qol.az xəbər verir ki, bunu komandanın kapitanı Lionel Messi rəsmi İnstagram hesabında açıqlayıb. O, koronavirus pandemiyasına görə fəalliyyətini dayandıran kluba çətin anlarda kömək etmək üçün məvaciblərinin 70 faiz azaldılmasına razı olduqlarını bildirib.

Bu durumda kluba dəstək olmağın düzgün addım olduğunu bildirən argentinalı hücumçu, futbolçuların “Barselona”da çalışan işçilərə də maddi yardım göstərəcəklərini qeyd edib.
 

Daha çox


Son xəbərlər
01.06.20  22:11

Messi qərarını verdi

31.05.20  15:06

Qonşumuz da başlayır