“Bakı-Roma-Bakı marşrutu ilə uzaq məsafə qət edəcəyik. Amma buna görə çox narahat olmağa ehtiyac yoxdur. Bu, heç nəyə bəhanə olmamalıdır”.
Qol.az xəbər verir ki, bu sözləri İsveçrə yığmasının baş məşqçisi Vladimir Petkoviç “Blick” nəşrinə açıqlamasında deyib.
Avro-2020-də düşdükləri A qrupunu dəyərləndirən 56 yaşlı mütəxəssis İtaliyalı favorit adlandırıb: “Güclü rəqiblərin qərarlaşdığı maraqlı qrupa düşmüşük. Ancaq biz güclüyük və irəliləmək imkanımız var. Əlbəttə, hədəfimiz də budur. İtaliya, şübhəsiz ki, qrupun favoritdir. Yəqin ki, digər 3 komanda ikinci yer uğrunda mübarizə aparar”.
Xatırladaq ki, İsveçrə millisi iyunun 13-də Uelslə, ayın 21-də isə Türkiyə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər