"Zirə”nin baş məşqçisi Samir Abasov Qol.az-a müsahibə verib. Heyətdəki köklü dəyişikliklər barədə danışan mütəxəssis bundan sonra da yeni transferlərin olacağını bildirib.
- “Zirə” “Qəbələ”dən ayrılan Cavid Hüseynov və Elvin Camalovu heyətinə qatdı. Həmin futbolçuların transferi azad agent olmaları, yoxsa uzun müddətdir bir yerdə oynamaları və bir-birini meydanda yaxşı başa düşmələri ilə bağlıdır?
- Bizdə həmin mövqelərdə yeni futbolçulara ehtiyac var idi. Çempionat başa çatanda yeni oyunçular axtarmaq barədə fikirləşirdik. Sadəcə, belə bir fürsət düşdü, dərhal yararlandıq. Onların yerli oyunçular olması bizim üçün əlavə üstünlükdür. Həm Cavidi, həm də Elvini transfer etməklə yerli limitini də dolduracağıq. Bundan əlavə, ən əsası, onların keyfiyyətli futbolçular olmasıdır.
- Yəni, göydəndüşmə oldu...
- Göydəndüşmə deyəndə ki, transferdir, kim tez etdi, kim bacardı, futbolçular ora gedir. Nə qədər yaxşı yerli oyunçu alsan, işin bir o qədər yüngülləşər. Biri var ki, kimisə passporta görə, adam sayı düz gəlsin deyə meydana buraxasan, biri də var ki, keyfiyyətli futbolçu oynadasan. Onlar öz səviyyəsinə görə legionerlərdən çox da seçilmir. Hətta onlardan da öndədir. Belə futbolçular alanda, təbii ki, daha çox sevinirsən.
- Hər iki futbolçunun başqa təklifləri də var idi. Maraqlıdır, onları “Zirə”yə gəlməyə necə razı sala bildiniz?
- Hər ikisi ilə danışdıq. Cavidlə özüm də söhbət etdim. Hamımız bir-birimizi tanıyırıq, işimizə bələdik. Onlara hədəflərimizdən söz açdıq. Şərtlər futbolçuları razı saldı ki, “Zirə”yə keçməyə razılıq verdilər.
- Yeni kapitanın məhz Cavid olacağını gözləmək olarmı?
- Hə, ola bilər. Niyə də olmasın?!
- Hüseynov və Camalovdan əvvəl “Sumqayıt”dan Elvin Məmmədovu transfer etmişdiniz. Yəqin ki, bu 3 futbolçu ilə kifayətlənməyəcəksiniz...
- Mütləq yeni oyunçular olacaq. Gözləyirik, yerlilər də ola bilər, əcnəbilər də. Hər şey danışıqlardan asılıdır. Hələ ki, işlər gedir. Məşq prosesi başlayana qədər komandanı ən azı 80 faiz komplektləşdirmək istəyirik.
- Kamal Bayramovun gedişindən sonra demişdiniz ki, yeni qapıçı alınacaq. O məsələ nə yerdədir?
- Bəli, əcnəbi qapıçı alacağıq. Bir neçə namizəd var. Danışıqlar davam edir.
- Konkret olaraq, neçə futbolçu götürmək istəyirsiniz?
- Bunu sizə dəqiq deyə bilmərəm. İşlər davam edir. Həm qapı xəttinə, həm müdafiəyə, həm də hücuma yeni oyunçular almaq istəyirik. Axtarışlar gedir. Ancaq bugün üçün dəqiqləşən nəsə yoxdur. Legionerlərlə bağlı proses, ümumiyyətlə, uzanır. Onları razı salmaq, bura gətirmək çox çətindir. Bu baxımdan proses uzun çəkir.
- Çempionata görə gəlmək istəmirlər, yoxsa maliyyə ilə bağlıdır?
- Çempionatın səviyyəsinə, azarkeş amilinə görə.
- Heyətlə bağlı köklü dəyişikliklər oldu. 10 futbolçu getdi, 3 yeni oyunçu alınıb. Sizin də dediyiniz kimi, daha bir neçəsi də gələcək. Bu mənada, yeni komanda formalaşdırmalı olacaqsınız. Hər şeyə yenidən başlamaq çətin olmayacaq?
- İnanıram ki, çətin olmaz. Başqa çıxış yolumuz yox idi. Çox şeyi dəyişməli idik. Bunu yavaş-yavaş edirik. Hər bir işdə çətinlik var. Sadəcə, götürdüyümüz oyunçular bizi bir az rahatladır. Hamısı görmək istədiyimiz işin öhdəsindən gələ biləcək futbolçulardır.
- Hazırlıq planı bəllidir?
- Xeyr, hələ tam dəqiqləşməyib. Sadəcə, onu deyə bilərəm ki, iyunun 23-də yığışırıq. Ondan sonra hər şey bəlli olacaq. 100 faiz Türkiyəyə gedəcəyik. Başqa hara gedək ki? Minimum 3 yoxlama oyunu keçirmək istəyirik.
Elnur SALAHOV
“Roma” Türkiyə millisinin üzvünü komandada saxlayacaq
Güləşçimiz dünya çempionatının finalına vəsiqə qazandı
“Yuventus” Ruqaninin müqaviləsini uzatdı - Rəsmi
“Futbolçu 23 yaşdan sonra millidə oynamamalıdır”
“Beşiktaş” Cengizi birdəfəlik alır
Kenan Yıldız: “Özümü onunla müqayisə etməyi sevmirəm”
“Qarabağ” İspaniyaya getdi - Şəkillər
“Reyncers” yeni baş məşqçisini tapdı - Danni Rohl gəlir
Millimiz 23 futbolçu ilə Qazaxıstana gedir
"Atletik"dən "Yaşa Azərbaycan" paylaşımı - Video
Klopp "Mançester Yunayted"ə niyə "yox" deyib?
"Neftçi”nin ikinci qolunda ofsayd var idi" - Felipe Santos
Arteta: "Arsenal" dünyanın ən böyük klubudur"
Xabi Alonso: “Real” Mbappedən asılı deyil
“Qarabağ” "San Mames"də dəstəksiz qalmayacaq
Daha 5 boksçumuz 1/4 finalda - Avropa çempionatı
Salah niyə yaxşı formadan uzaq düşüb?
Leroy Mikels: “Bir məğlubiyyət dünyanın sonu deyil”
La Liqanın prezidentindən jurnalistə sərt cavab
Qurban Qurbanov: "Qarabağ" birinci evimdir" - Video
"Qəbələ"dən hakimin qərarına etiraz - Video
"Atletik" - "Qarabağ" oyununun hakimləri açıqlandı
"Real"a Kurtua zərbəsi