FİFA-nın sabiq prezidenti Yozef Blatter futbol üzrə dünya çempionatının final oyunu ilə bağlı narazılığını bildirib.
QOL.az xəbər verir ki, o, sosial şəbəkə hesabında DÇ-2026-nın finalının ABŞ-ın məşhur supetboul matçına (ABŞ-da Amerika futbolu üzrə Milli Futbol Liqasının final oyunu) bənzədiyini yazıb.
“Su fasilələri yalnız başlanğıc idi. Bazar günü dünya çempionatının finalı bu turnirin kulminasiya nöqtəsi olacaq və orada futbol tarixinin ən uzun fasiləsi yaşanacaq. Dünya çempionatının finalı superboulun surətinə çevrilib. Hara gedirsən, FİFA?” – deyə Blatter qeyd edib.
Xatırladaq ki, DÇ-2026-da ilk dəfə olaraq hər hissənin ortasında üç dəqiqəlik məcburi su fasiləsi tətbiq edilib. FİFA bu qərarın futbolçuların isti hava şəraitində su balansını bərpa etməsi məqsədi daşıdığını açıqlasa da, fasilələr istənilən temperaturda keçirilir və reklam üçün əlavə imkan yaradır.
Bundan başqa, iyulun 20-nə keçən gecə ABŞ-ın Nyu-Cersi ştatında keçiriləcək İspaniya - Argentina finalında fasilənin adi 15 dəqiqə əvəzinə 30 dəqiqəyədək uzana biləcəyi bildirilir. Buna səbəb superboul üslubunda hazırlanmış möhtəşəm şoudur.
Məlumata görə, şou proqramında Madonna, Castin Biber, Şakira və BTS qrupunun çıxışı nəzərdə tutulub.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri