Bu gün Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçirilib.
Qol.az-ın məlumatına görə, turun bütün matçları eyni gündə oynanılıb.
"Zirə"nin qonağı olan "Qarabağ" inamlı qələbə qazanıb - 3:0. Digər oyunda "Sabah” son pillədə yer alan “Keşlə”ni qəbul edib. Bu görüşdə meydan sahibləri qələbəyə yaxın olsalar da, qonaqlar 90+4-cü dəqiqədə vurduğu qolla məğlubiyyətdən qaça biliblər.
Bayılda isə “Səbail” “Qəbələ” ilə üz-üzə gəlib. Görüş üçüncü pillənin sahibinin müəyyənləşməsi baxımından həlledici əhəmiyyətə malik idi. Rəqibindən 2 xal geridə olan Sənan Qurbanovun komandası qələbə qazanacağı təqdirdə, "Səbail"i qabaqlayıb 3-cü pilləyə yüksələcəkdi. Ancaq "dənizçilər" vacib oyunda rəqibini məğlub edərək, xal fərqini 5-ə çatdırıblar.
Günün son oyununda isə “Neftçi” “Sumqayıt”la qarşılaşıb və gözlənilmədən uduzub - 2:3. Bununla da lider "Qarabağ"ın ən yaxın izləyicisi "Neftçi" ilə xal fərqi 5-ə yüksəlib. Ağdam klubu 27-ci turda "Səbail"ə qalib gəlsə, yarışın bitməyinə bir tur qalmış çempionluğu rəsmiləşdirəcək.
27 aprel
19:00. “Neftçi” – “Sumqayıt” - 2:3
Qollar: Ruslan Abışov, 8(1:0), Əmir Ağayev, 31 (1:1),Ülvi İsgəndərov, 42 (1:2), Baqali Dabo, 72 (2:2), Murad Xaçayev, 77 (2:3)
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Rahil Ramazanov, Vüqar Həsənli
“Bakcell Arena”
16:30. “Zirə” – “Qarabağ” - 0:3
Qollar: Dani Kintana, 21 (0:1), Filip Ozobiç, 28 (0:2), Mahir Mədətov, 79 (0:3)
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Zirə İdman Kompleksinin stadionu
17:00. “Sabah” – “Keşlə” - 1:1
Qollar: Marko Deviç, 58-penalti (1:0), Conatan Ayite, 90+4 (1:1)
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Əli Cəbrayılov, Elçin Məsiyev
“Əlincə Arena”
17:30. “Səbail” – “Qəbələ” - 2:1
Qollar: Fəhmin Muradbəyli, 19 (1:0), Ağabala Ramazanov, 24 (2:0), Bəhlul Mustafazadə, 41 (2:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
“ASCO Arena”
|
N |
O |
Q |
H |
M |
T-F |
X | |
|
1 |
Qarabağ |
26 |
18 |
|
2 |
58-19 |
60 |
|
2 |
Neftçi |
26 |
16 |
|
|
47-22 |
55 |
|
3 |
26 |
|
5 |
|
33-29 |
41 | |
|
4 |
26 |
|
|
|
30-29 |
36 | |
|
5 |
26 |
|
|
13 |
20-37 |
27 | |
|
6 |
Zirə |
26 |
|
|
|
24-39 |
25 |
|
7 |
Sumqayıt |
26 |
|
|
15 |
22-42 |
23 |
|
8 |
Keşlə |
26 |
5 |
5 |
16 |
24-41 |
20 |
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama