“Qəbələ”nin hücumçusu Rauf Əliyev Qol.az-a müsahibə verib. Komandasının mövsümün ilk yarısındakı çıxışını dəyərləndirən futbolçu ehtiyatda qalmasından da danışıb.
- Mövsümün birinci hissəsinin son turunda səfərdə “Səbail”lə qolsuz heç-heçə etdiniz. Qələbə qazanmağınıza nə mane oldu?
- Həmin oyunda yaxşı çıxış etdik. Qol epizodlarımız da oldu. Sadəcə, istifadə edə bilmədik. Qələbə qazanmağa çox yaxın idik. Çox çalışsaq da, alınmadı.
- Demək olar ki, 2 xalı “Qəbələ” itirdi?
- Yox, hər iki komanda xal itirdi. Çünki “Səbail”in də qol imkanları oldu. Amma fikrimcə, biz daha çox təhlükəli epizodlar yaratdıq.
- Müəyyən fasilədən sonra oyuna start heyətdə başladın və 85-ci dəqiqədə qırmızı vərəqə alaraq, meydanı tərk etdin. Öz çıxışından razı qaldın? Necə düşünürsən, ehtiyatda qalmağın oyununa təsir göstərir?
- Xeyr, elə ciddi problemim yoxdur. Bu dəfə şans yarandı, oynadım. Ümumi götürəndə az yaşım yoxdu ki, bir müddət oynamayıb sonra meydana çıxanda problem yaransın. Məncə, normal oynadım.
- Özün qeyd etdin ki, şans yarandı, oynadın. Səncə, həmin şansdan nə dərəcədə istifadə edə bildin?
- Nə deyim, çempionatda oyunlar çoxdur. Şans hamıda – məndə də, digər oynamayanlarda da olacaq. Əsas odur ki, bundan istifadə edib, komandaya xeyir verəsən.
- Ümumiyyətlə, ehtiyatda qalmağın nə ilə bağlıdır?
- Elə bir problem yoxdur. Baş məşqçinin qərarıdır. Hörmətlə yanaşıram. Futbolçu həyatı belədir, bir gün oynayırsan, bir gün oynamırsan. Normal bir şeydir. Özümə inanıram, yenə oynayacağam. Şükürlər olsun ki, heç bir zədəm yoxdur. Yenə şans veriləcək, meydana çıxacağam.
- “Qəbələ” ilə müqavilən gələn ilin yayına qədərdir. Az oynamağın mövsümün sonunda gələcəyinlə bağlı verəcəyin qərara təsir edə bilər?
- Mövsümün əvvəlində oynayırdım. Sonra qırmızı vərəqə aldım. Sadəcə, 3-4 oyunda meydanda olmamışdım, əvəzetmədən olsa, oyuna girmişəm. Bunda heç bir problem görmürəm. İnanıram ki, oynayacağam. Hər şey normaldır.
- Hücumçunun işi qol vurmaqdır. Sən isə 14 turda cəmi 1 dəfə fərqlənmisən...
- Oynamayandan sonra necə qol vurum? Kənarda oturub, qol vurmayacağam ki... Meydanda olmalıyam ki, fərqlənim. Oynadıqca, qollar da olacaq.
- “Qəbələ” mövsümün birinci hissəsini 17 xalla 5-ci pillədə başa vurdu. Bura qədərki çıxışınızı necə qiymətləndirirsən?
- Problemimiz ondadır ki, qeyri-sabit çıxış etdik. Çempionatın əvvəlində öz səhvlərimizdən vacib xallar itirdik. Düzdür, sonradan toparlana bildik. Amma son 2 turda 4 xal itirdik. Komandada getdikcə özünəinam artır və öz oyunumuzu tapmağa başlayırıq. Düşünürəm ki, mövsümün ikinci yarısında daha yaxşı çıxış edəcəyik. 5-ci yerdə olsaq da, yuxarı pillələrdə qərarlaşan komandalarla elə ciddi xal fərqimiz yoxdur. 8 komandalı çempionatdır, 2 oyun ardıcıl qələbə qazanan kimi üst sıralara qalxırsan. Fikrimcə, komandamız bunu bacaracaq.
- Çempionatda fasilə yaransa da, qarşıda “Sabah”la kubokun 1/4 final mərhələsinin oyunları var. Həmin qarşılaşmalar haqda nə düşünürsən?
- Kubok matçları fərqlidir. İki oyundan ibarət olur. İlk görüş bizim meydanımızda keçiriləcək. Yaxşı nəticə qazanmalıyıq ki, cavab matçında çətinlik çəkməyək. “Sabah” dübütant olmasına baxmayaraq, yaxşı çıxış edir. Bizi çətin oyun gözləyir. Ciddi hazırlaşırıq. Hər iki görüşdən yaxşı nəticə ilə ayrılmaq istəyirik.
- Son olaraq, milli komanda ilə bağlı soruşmaq istəyirəm. AFFA Qurban Qurbanovla əməkdaşlığa son qoydu. Bu qərara münasibətini bilmək maraqlı olardı...
- Milli barədə ümumiyyətlə, danışmaq istəmirəm.
Elnur SALAHOV
İlin ən güclü klubu bəlli oldu
Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu oldu
Dünyanın ən yaxşı hücumçusu bilindi
İngiltərə klubu baş məşqçisi ilə yollarını ayıra bilər
PSJ-nin 2 futbolçusu ilin ən yaxşısı seçildi
İlin komandasında kimlərin adı var?
Hoylund dubl etdi, "Napoli" qalib gəldi
Millidən gələn təklifi rədd etdi
"O, topa zərbə vura bilmirdi"
Hakimi zədəsini sağaltdı, kubok oyununda meydanda olacaq
"Bavariya" 2 futbolçusunun müqaviləsini uzadır
“Qarabağ”ın qapıçısı Almaniyadan təklif alıb
Klubun 40 azarkeşi həbs olundu
Sinenkadan rekord, Şahrudindən uğurlu seriya
"Qalatasaray" və "Fənərbaxça" onu hədəfə aldı
“Əl-İttihad” rəsmisindən Vinisius açıqlaması
"Valensiya"nın məşqçisi 3 övladı ilə gəmidə batdı
40 yaşında 40 qol vurdu
"Qarabağ" Braziliya klubu ilə razılaşmadı
İsko 1 ay oynamayacaq
Roman Qriqorçuk qayıdır
Ronaldonun dubl etdiyi oyun - Video
WKF-dən Rafael Ağayevlə bağlı paylaşım - Şəkillər
“Atletiko”nun sabiq futbolçusu Braziliya klubunda
111 ildən sonra 11 qələbə rekordu
Kenan qol vurdu, "Yuventus" qalib gəldi - Video
"Bavariya" onunla yeni müqavilə imzaladı
"Aston Villa" "Çelsi"ni belə məğlub etdi - Video
Ronaldo dubl etdi, "Əl-Nəsr" qalib gəldi
"Mançester Siti" və "Liverpul"dan qələbə, "Çelsi" uduzdu
Bu ilin ən çox qazanan futbolçuları kimlər oldu?
"Dünyanın ən yaxşı hücumçularından biridir"
"Arsenal" yenidən lider oldu
"Real" hələ də ideal əvəzləyicini tapa bilmir
Ronaldo dubl etdi, komandası qələbə seriyasını qorudu
"Neftçi" Ukrayna klubunun futbolçusu ilə maraqlanır