Son iki turda dörd qol vuran “Karvan”ın hücumçusu Xaqani Məmmədov Qol.Az saytına müsahibə verib.
- Dünən Premyer Liqanın XIX turu çərçivəsində “Qarabağ”a qarşı keçirilən oyunda komandanız iki dəfə hesabda önə keçməsinə baxmayaraq, meydanı xalsız tərk etdi. Bunun səbəbini nə ilə izah edirsən?
- Biz oyunu yüksək səviyyədə keçirdik. Fikrimcə, “Qarabağ”dan üstün oynadıq. Qələbəyə layiq olan tərəf biz idik. Dediyin kimi, iki dəfə də hesabda önə keçdik. İkinci hissədə də qol vurmaq üçün şanslarımız oldu. Lakin bundan istifadə edə bilmədik və məğlub olduq. Bəxtimizin də gətirmədiyini deməliyəm.
- İki oyuna dörd qol. Çıxışından razısan?
- Mənim öz oyunum barədə nəsə deməyim düzgün çıxmaz. Qoy, buna azarkeşlər qiymət versinlər. Amma hesab edirəm ki, hələ də ideal formada deyiləm. Özümü oyunlara hazır saysam da, oyun təcrübəsinin yoxluğu bəzi anlarda sözünü deyir.
- “Karvan”ın ilk “altılığ”a düşməsi qeyri-mümkündür. Bu məqam oyunlara köklənməyinə təsir göstərmir ki?
- Mən də çox istərdim ki, “Karvan” bu gün liderlər qrupunda olsun. Amma komanda ilk dövrədə xeyli xal itirdiyindən bu gün aşağı pillələrdə qərarlaşıb. Lakin fasilədə komandanın heyəti daha da gücləndi. Komandaya böyük təcrübəsi olan, futbolda öz sözünü demiş oyunçular qoşuldu. Bununla belə, bizim də qarşımıza müəyyən məqsədlər qoyulub.
- Komandanın qarşısına hansı məqsəd qoyulub?
- Mümkün qədər çox xal toplayıb, turnir cədvəlində daha yaxşı yerlərdə qərarlaşmağı istəyirik. Eyni zamanda “Karvan” mütləq Premyer Liqadakı yerini qorumalıdır.
- “Karvan”ın baş məşqçisi Yunis Hüseynov deyir ki, “bu futbolçular sərəncamımda çempionatın əvvəlindən olsaydı, indi biz ilk “altılıq”daydıq”. Onun fikriylə razısan?
- Tam razıyam.
- Vurduğun qolları həm də “İnter”in baş məşqçisi Kaxaber Sxadadzeyə mesaj kimi qəbul etmək olar?
- Kaxaber Sxadadze mənim nəyə qadir olduğumu bilir. İstə məşqlərdə, istərsə də yoxlama oyunlarında bacarığımı görürdü.
- Onda nə üçün sənə şans vermirdi?
- Bu sualı ona versəniz, daha yaxşı olar. Mən hər zaman oyunlara özümü hazır saymışam. Amma o nədənsə mənə güvənmirdi.
- Bəlkə aranızda nəsə problem baş verib?
- Yox, heç bir problem baş verməyib. Hamı ilə necə, mənimlə də eləydi.
- Heç özündən soruşmadın ki, səni niyə oynatmır?
- Soruşurdum. Hər dəfə də deyirdi ki, narahat olma səni də oynadacağam. Amma axırını gördük də. Elə gözlə deyə, deyə məni xeyli geri saldı. Buna görə də klub rəhbərliyinə dedim ki, yaxşı olar ki, gedim icarədə oynayım.
- Müqavilə ilə “İnter”ə məxsussan. Yayda yenidən bu komandanın düşərgəsinə qayıdacaqsan?
- Əgər Sxadadze “İnter”dən getsə, ora qayıdacağam. Əks halda bu qeyir-mümkündür.
- Klub rəhbərliyi ilə münasibətin necədir?
- Klub rəhbərliyi ilə münasibətim yaxşıdır. Ümumiyyətlə, mənim heç vaxt kiminləsə problemim olmayıb. Sadəcə olaraq Sxadadze mənə şans vermədiyindən, klubdan icarəyə verildim. Əgər o “İnter”dən getsə, ora qayıdacağam.
- “Karvan”ın bu mövsüm “İnter”lə bir daha qarşılaşmayacağı dəqiqdir. Çünki sabiq klubun artıq ilk “altılıq”dakı yerini təmin edib. “Karvan”ın da ora düşməyəcəyi dəqiqdir. Bu məqam səni təəssüfləndirmir ki?
- Əlbəttə, təəssüflənirəm. Çox istərdim ki, “İnter”ə qarşı oynayım və Sxadadzeyə başa salım ki, azərbaycanlı futbolçular nəyə qadirdir. Amma bu, alınmayacaq.
- “Simurq”u məğlub etməklə “Karvan” Zaqatala klubunun “altılığ”a düşməsinə böyük problem yaradıb. Qarşıda sizi “altılığ”a düşmək uğrunda gərgin mübarizə aparan daha iki klub - “Neftçi” və “Bakı” ilə ev oyunları gözləyir. Adını çəkdiyim bu iki komanda da “Simurq”un aqibətini yaşaya bilər?
- Niyə də olmasın? Bizi rəqibin kimliyi, hansı məqsədlər uğrunda yarışması qətiyyən maraqlandırmır. Biz meydana çıxıb, yalnız öz oyunumuzu oynayırıq. “Karvan”ın daha yaxşı pillələrdə qərarlaşması üçün bütün oyunlara qələbə üçün çıxırıq. “Neftçi”, “Bakı” və “Xəzər Lənkəran”la oyunlar da istisna olmayacaq.
- Bir qədər də milli komandadan danışaq. “İnter”də heyətə düşə bilmədiyin üçün Berti Foqts sənə dəvət göndərmirdi. Necə düşünürsən, “Karvan”ın heyətində vurduğun qollar almaniyalı mütəxəssisin fikrini dəyişməsinə səbəb ola bilər?
- Mənim işim meydana çıxıb, qol vurmaqdır. Foqts məsləhət bilsə, dəvət göndərər.
- Avro-2012-nin seçmə mərhələsinin püşkatması barədə nə deyə bilərsən?
- Məncə, bu rəqiblərlə oynamaq mümkündür. Qrupun favoriti almanlardır. Qalan rəqiblərin hamısı ilə başabaş oynamaq mümkündür.
- Millimiz bu qrupda neçənci yeri tuta bilər?
- Konkret yer demək bir qədər çətindir. Amma mən hesab edirəm ki, Azərbaycan millisi qarşıdakı seçmə tsikldə daha yaxşı çıxış edəcək. Millinin potensialı buna imkan verir.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu