Əmrə Mor buna görə qovuldu - Video

Əmrə Mor buna görə qovuldu -  Video
VİDEO 15 Oktyabr 2016 / 14:52 4335
-  A +

Dortmund “Borussiya”sının futbolçusu Əmrə Mor Almaniya Bundesliqasının 7-ci turunda “Herta” ilə oyunda hakimin haqsız qərarı ilə meydandan qovulub.

Qol.az-ın məlumatına görə, epizodların birində “Herta”nın müdafiəçisi Sebastyan Lankamp türkiyəli futbolçunu tutub çəkərək hücumun qarşısını almaq istəyib. Əmrə Mor isə topu itirdikdən sonra rəqibini yüngül itələyib. “Herta”nın kapitanı simulyasiya edərək özünü yerə atıb. Matçın baş hakimi isə buna görə Əmrə Mora birbaşa qırmızı vərəqə göstərib.

Qeyd edək ki, Sebastyan Lankamp oyundan sonra verdiyi açıqlamada özünü qəsdən yerə atdığını və Əmrə Morun qırmızı vərəqə ilə cəzalanmamalı olduğunu etiraf edib.



Son xəbərlər
topaz banner