"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna mətbuatına müsahibəsi verib.
Qol.az-ın xəbərinə görə, müsahibədə o, Premyer Liqamızdakı vəziyyət, komandasının durumu və gələcək fəaliyyəti barədə danışıb.
O bildirib ki, hazırda Azərbaycan Premyer Liqasında nəfəs dərməyə vaxt yoxdur.
"Qarabağ" ölkə çempionudur və fikrimcə, Ukrayna çempionatında mükafatçı üçlükdə dəmir kimi olardı. Buna heç bir şübhəm yoxdur. "Qəbələ də zəif deyil” – deyə R.Qriqorçuk bildirib.
- Komandanızın hazırkı büdcəsini "Çernomorets"dəki ilə müqayisə edə bilərsiniz?
- Bəli, bizim büdcə "Şaxtyor" və Kiyev "Dinamo"suna çata bilməz. Amma bu barədə danışmaq istəməzdim. Çünki bu, sadəcə, mənim işim deyil. Sizə onu deyə bilərəm ki, "Çernomorets"dəki şərait indiki "Qəbələ"dən 3 dəfə yaxşı idi. Mən avrokuboklarda oynadığımız illəri deyirəm. Maliyyə şərtləri buradakından 3 dəfə yüksək idi. "Qəbələ"də çıxış etmiş bütün ukraynalılar əvvəllər "Çernomorets"də aldıqlarından 3 dəfə az qazanırdılar. Biz hazırda büdcəyə dəqiqliklə əməl edirik. Mövsümün əvvəlində bilirdik ki, büdcəmiz azalacaq. Buna müdaxilə edə bilmərəm. Yəqin ki, hansısa problemlər var. İndi elə təəssürat yaranıb ki, böhran hər yerdə var.
- "Qəbələ"yə niyə getdiniz?
- Ona görə ki, avrokuboklarda oynaya biləcəyimizi anlayırdım. Bu, məndə əvvəllər də alınmışdı. "Çernomorets"də isə başa düşürdüm ki, bunun öhdəsindən gəlmək çətin olacaq. Həmin vaxt orada vəziyyət daha pis idi. Hesab edirəm ki, komanda avrokuboklarda oynamırsa, bu, yarımçıq futbol həyatıdır.
- Avrokuboklarda çıxış edəcəyinizə əmin idiniz?
- Ümid və qarşımızdakı tapşırıqları yerinə yetirərək, hədəflərimizə nail olacağımıza şəraitin olduğunu anlayırdım.
- Hazırkı işinizdən razısınız?
- Ümumiyyətlə, "Qəbələ"də işləmək mənim üçün çox maraqlıdır. Mən bizə keçən dəfə dəhşətli dərəcədə çətin görünən mərhələni çox gözləyirəm. Bizə çox çətin idi. Çünki həm Avropa Liqasının qrup mərhələsində, həm də çempionatda oynayırdıq. Başa düşürəm ki, bu dövrü ötənilkinə nəzərən sürətlə keçməliyik. Həqiqəti deməliyəm və etiraf edirəm: "Qarabağ" bizdən güclü komandadır. Bunu açıq deyirəm. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Amma fikrimcə, biz bu il daha güclü olduğumuzu sübuta yetirəcəyik.
- "Qəbələ"ni ömürboyu işləmək istədiyiniz komanda adlandıra bilərdiniz?
- Belə şeyləri heç kim deyə bilməz. Digər tərəfdən, top-klub səviyyəsində komandada işləmək istəmədiyimi deməyə bilmərəm. "Qəbələ" sanballı səviyyədədir. Məndən çox şey asılıdır, amma hər şey yox. Hələlik klubla müqaviləm mövsümün sonunadək qüvvədədir.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar