"Azərbaycan millisi əvvəlkindən daha güclüdür"

"Azərbaycan millisi əvvəlkindən daha güclüdür"
GÜNDƏM 8 Oktyabr 2016 / 16:39 4608
-  A +

Norveç millisinin üzvü Veqar Hedenstad DÇ-2018-in seçmə mərhələsində   Azərbaycanla keçiriləcək oyun haqda fikirlərini bildirib.

Qol.az-ın Norveç mətbuatına istinadən yaydığı xəbərə görə, Almaniyanın  II Bundesliqa təmsilçisi "Sankt-Pauli" klubunun müdafiəçisi bugünkü oyun haqda bunları deyib:

"Düşünürəm ki, bu qarşılaşmada 1 xal qazanmaq bizim üçün yaxşı nəticə sayılacaq. Azərbaycan yığması əvvəlkindən daha güclüdür. Səfərdə oynamağımız üzərimizdə təzyiq yaradacaq".

Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər