Cavid Hüseynov kassasiya şikayətini geri götürdü

Cavid Hüseynov kassasiya şikayətini geri götürdü
GÜNDƏM 8 Oktyabr 2016 / 12:35 5448
-  A +

Jurnalist Rasim Əliyevin ölümü çərcivəsində həbs edilən futbolçu Cavid Hüseynov barəsində olan hökmdən verilən kassasiya şikayətini geri götürüb.

Qol.az-ın Lent.az-a istinadən yaydığı xəbərə görə, bu barədə vəkil Adəm Məmmədov məlumat verib.
 
O bildirib ki, apellyasiya məhkəməsinin ilkin qərarından sonra verilən şikayəti geri götürüblər: “Cavidlə məsləhətləşdik. Belə qənaətə gəldik ki, şikayətimizi götürək".
 
A. Məmmədov bildirib ki, işə Bakı Apellyasiya Məhkəməsində, hakim Əhməd Həsənovun sədrliyi ilə oktyabrın 12-də baxılacaq.

Daha çox


Son xəbərlər