"İnter"i qələbə münasibəti ilə təbrik edirəm. Son dəqiqələrdə uduzmaq çox üzücüdür".
Qol.az-ın sportnet.az-a görə, bunu "Neftçi"nin yeni baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının V turunda "İnter"lə keçirilən oyundan (1:2) sonra təşkil olunan mətbuat konfransında deyib.
E.Abdullayev oyun haqda bunları bildirib:
"Baş məşqçi kimi oyundan razı qaldım. Amma bəzi səbəblər var və bunların üzərində işləyəcəyik".
- "Neftçi"ni bu vəziyyətdən çıxarmaq üçün nə qədər müddət lazımdır?
- Çətin prosesdir. Bu gün protokolda 14 futbolçumuz var idi. Məsuliyyəti mən daşıyıram, ancaq bu sayla çox azdır. Jayronu dəyişdik. Kimlə dəyişək? Məqsəd İsayevi kimlə dəyişək? Güc qurtarır, amma dəyişməyə adam yoxdur.
- 0:8 hesabı daha çox üzücüdür, ya bu oyun?
- Təbii ki, bu. Çünki həmin oyunun 15 dəqiqəsində 3 qol buraxılmışdı. Ancaq indi sona qədər ümidlisən və 5 dəqiqədə 2 qol buraxıb uduzursan.
- Rəhbərliyin baş məşqçi olaraq sizdən tələbləri nədir?
- İlk məqsədim komandanın psixoloji vəziyyətini düzəltməkdir. Düşünürəm ki, bu alındı. Çünki bu gün futbolçular başqa oyun oynadı.
- Heyətdə çatışmazlıqların olduğunu dediniz. Rəhbərliyiniz əvəzedici heyətin yaxşı oynadığını deyir. Olmaz ki, elə əvəzedicidən futbolçu gətirəsiniz?
- Əvəzedicilərdən oyunçular gətirə bilərəm. Amma onu necə meydana buraxım? Təcrübə məsələsi var. Yaxşı uşaqlar var, işləmək lazımdır. Amma mən 3 gündür bu komandada baş məşqçiyəm. Hələ onları görməmişəm. Kimsə təklif edə bilər, amma özüm görməliyəm.
- Futbolçuların fiziki hazırlığından razı deyilsiniz...
- Heç vaxt məndən əvvəlki məşqçini pisləmərəm. Pis, ya yaxşı.. Onlara çox sağ ol deyirəm. Mənim tələblərim fərqlidir, onun fərqli. Məşqçi üçün fiziki hazırlığı yaxşılaşdırmaq üçün bir ay vaxt lazımdır. Problem futbolçunun olmamasıdır. Ehtiyatda 4 futbolçu oturur. "İnter"in əvəzetmələrinə baxın. Ruslan Abışov, Nizami Hacıyev, Pərdis... Bizim komandanın əsas heyətində bu səviyyəli futbolçular yoxdur. Ancaq dekabra qədər gözləmək lazımdır. Bu gün məndən nəsə tələb etmək doğru deyil. Öz komandamı yığandan sonra nəsə etiraz bildirməyə hər kəsin haqqı var.
- Başa düşürük ki, çətin vəziyyətdir. Amma azad agent statusu daşıyan futbolçuları indi də heyətinizə qata bilərsiniz. Hansı mövqedən başlamaq olar?
- Bütün mövqeləri gücləndirmək istəyərəm. Qapıçıdan hücuma qədər hamısını.. Bütün komandalarda heç olmasa 25-26 futbolçu olmalıdır ki, daxili rəqabət olsun. İndi futbolçu bilir ki, oynayacaq. Azad agentə gəlincə, inanmıram ki, Avropada səviyyəli futbolçu indi klubsuz qalsın. Ola bilər Afrikada olsun. O da səviyyəli futbolçu olmaz.
- Qışda daha çox yerli, yoxsa legioner futbolçulara üstünlük verərsiniz?
- Mənim üçün fərqi yoxdur. Təki yaxşı oyunçu olsun. "Neftçi"də yerlilər milli komandanın, legionerlər də səviyyəli olmalıdır. İndi bütün yaxşı futbolçuların klubları var.
- Oyunçuların mövqeyini tez-tez dəyişirsiniz. Bu taktika Robert Prosineçkinin milli komandada istifadə etdiyi taktikadır. Ondan yararlanırsınız?
- Biz millidə 4-1-4-1 sistemi ilə oynayırıq. Bizdə hücumçu yoxdur ki, onu əvəz edim. Ancaq məcburi əvəzetmələr olur. Jayronu dəyişmək istəmirdim. 86-cı dəqiqədə müdafiəçi dəyişməzlər.
- Olmaz ki, əsas komandanın futbolçularını əvəzediciyə göndərəsiniz və hazırlaşsınlar...
- Deyirəm, bizdə futbolçu yoxdur. Onda özüm çıxıb oynayacam? Əvəzedicilərə göndərin söhbətini başa düşmürəm. Əvəzedici heyət dizbatdır?
- 25-26 futbolçu lazım olduğunu dediniz. Deməli 7-8 futbolçu lazımdır. Rəhbərlik lazımlı maliyyəni ayırmağa söz verib?
- Əlbəttə. Mən nəyə görə gəlmişəm? İnanırsan ki, bu adam kömək edəcək, o zaman şərait də yaradılmalıdır.
- Həm millidə, həm də "Neftçi"də işləmək çətin olmayacaq?
- Mən gedəndə 4 köməkçi qalır. Biz proqram əsasında planla işləyirik. Oyun yoxdur. Oyun olanda da çempionat dayanır.
- Hər iki qol Məqsəd İsayevin mövqeyindən vuruldu...
- Oyunçularıma təşəkkür etdim. Bilirəm ki, Məqsəd tam hazır olsa, elə səhvlər etməzdi. Hər şeyi oyunçuların üzərinə atmaq düzgün deyil. Kimsə səhv etməlidir. Bu gün də Məqsəd səhv etdi.
- Dediniz zəif legioner gətirməkdənsə, gətirməmək daha yaxşıdır. Düşünmürsünüz ki, indi "Neftçi"də olan legionerlər səviyyəli deyil və qışda yola salmaq lazımdır?
- Yola salmaqla hər şey düzəlmir. Mən onda günah görmürəm, onu da kimsə çağırıb. Bəlkə ondan düzgün istifadə etməyiblər? Jayronun hazırda 8 kq artıq çəkisi var. Bəlkə bu çəkini atdıqdan sonra ən yaxşı legioner olacaq? Dekabra qədər şans verəcəm. Ondan sonra nəsə demək olar. Üstəlik onların klubla müqaviləsi var. Bunu necə etmək olar?
- Düşünmürsünüz ki, avrokuboklara getmək də çətin olacaq?
- Bizim məqsədimiz hazırda bacardığımız qədər xal toplamaqdır. Başqa çıxış yolu var?
- Müqavilə qısamüddətlidir axı...
- Müqavilə formal bir şeydir. Con Toşakla 5 illik müqavilə imzalandı və yarım ildən sonra getdi. Mən öz gücümə inanıram və nə etməyin lazım olduğunu bilirəm.
- Növbəti turda "Sumqayıt"la oyun var. Autsayderlərin duelindən nə gözləyirsiniz?
- Təəssüf ki, biz autsayder adlanırıq. Meydana qələbə üçün çıxacağıq və hücum futbolu oynayacağıq. Düşünürəm ki, "İnter"ə qarşı da yaxşı çıxış etdik. Sadəcə rəqibin fərdi ustalığı işi həll etdi.
DÇ-2026: Günün oyunları
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi
Tramp ABŞ millisinin ilk oyununu izləməyəcək
"O, hələ də çox təhlükəlidir"
Məşhur məşqçi dünyasını dəyişdi
"Mançester Siti" ilə danışıqları dayandırdı
Millətlər Liqası matçı azarkeşsiz keçiriləcək
"Liverpul"da ayrılıqlar davam edir
Futbolda hamı böyüdü, tək bizdən başqa - Səfər qeydləri
"Karvan-Yevlax" onu da yola saldı
"Çempion olsaq, onun simasını tatu etdirəcəyəm"
Kurtua karyerasını başa vurur?
Bu gün ABŞ-da da açılış olacaq
"Sumqayıt"da itki - 9 ay oynamayacaq
Bellinqemin mövqeyi dəyişə bilər
"Şəfa"dan növbəti transfer
Argentinalı futbolçu zədəsini sağaltdı
FİFA boş tribunalara görə tənqid olundu
Kanada millisinin kapitanı ilk matçı buraxacaq
İbizada dincəlirdi, təcili milliyə çağırıldı - Video
"Yuventus" qapıçı axtarışında
"Futbolçularımın təslim olmaması məni sevindirdi"
3 qolun vurulduğu Koreya - Çexiya oyunundan - Video
İlk oyunların ən yaxşı futbolçuları seçildilər
Mundialın açılışında bədbəxt hadisə
Acun İlıcalıdan 250 milyon avroluq transfer büdcəsi
Axır ki, mundial iştirakçısına ABŞ-a girişə icazə verildi
İlk oyunda 2 qol, 3 qırmızı vərəqə - Tarixi mundial başladı
DÇ-2026-nın açılışından maraqlı anlar - Şəkillər
Dünya çempionaları tarixinin ən yaşlı baş məşqçisi oldu
"Tottenhem"in oyunçusu Argentina millisində
Mourinyo rəsmən “Real”da!
DÇ-2026-dan əvvəl Şakira şou - Şəkillər
Mundialın açılış matçının heyətləri açıqlandı
İsa Sulimanın millisi çempion oldu