"Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsində “Slovan”la oyundan (2:2) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyun haqqında nə düşünürsən?
- Şükürlər olsun ki, belə bir turnirə xalsız başlamadıq. Düzdür, uduzmaq şansımız var idi. Düşünürəm ki, qazanılan 1 xal bizim uğurumuzdur. İnşallah, bu qrupda keçirdiyimiz ən zəif oyunumuz olar.
- Rəqibə cinahlardan hücum etməkdə çətinlik çəkirdiniz...
- Biz rəqibi yaxşı analiz etmişdik. Onların bütün nöqtələrdə necə oynayacaqlarını bilirdik. Buraxdığımız qol şanssızlıq oldu. Heç nə etmədilər və ani bir epizodda qol vurdular. Bilirdik ki, "Slovan" dayanan yox, qaçan komandadır. Bu gün də elə oldu. Sonda dayandılar və qapılarında qol gördülər. Həm mediada, həm də azarkeşlər arasında belə bir fikir var idi ki, tanınmayan komanda olduğundan rahat qalib gələcəyik. Ancaq bu oyun göstərdi ki, heç bir oyun bizim üçün rahat olmayacaq.
- Stadion amilinin sizə təsiri oldumu?
- Düşünmürəm ki, stadion amili nəticəyə təsir etdi. Ancaq ot örtüyündə müəyyən qədər problemlər var idi. Bəlkə də "Tofiq Bəhramov"da oynasaydıq, daha çox azarkeş olacaqdı. Respublika stadionuna daha
çox alışmışam deyə, oranı özümüz üçün rahat hiss edirəm.
- Yeni transfer Dino Ndlovunun, komandaya tam uyğunlaşmadığı hiss olunurdu...
- Ola bilər ki, Dino komandamıza tam uyğunlaşmasın. Dino bunu aradan götürmək üçün məşqlərdə çox çalışır. Ümid edirəm ki, növbəti oyunlarda o, daha yaxşı oynayacaq.
- Çexlərə qarşı bəxtimiz gətirmir...
- Bəxtsizliyi bizə Miroslac Zelinka yaşatdı. Çalışacağıq ki, "Slovan"la səfər oyunundan yaxşı nəticə ilə dönək.
Məftun MAHİROĞLU
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi