Məşhur hakim, FİFA referisi Cüneyt Çakırın 2016/17 mövsümü üçün aylıq maaşının məbləği açıqlanıb.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, ölkə futbol federasiyası Çakıra aylıq 20 min türk lirəsi (bugünkü məzənnə ilə təqribən 6700 dollar) maaş kəsib. Çakırdan başqa birinci kateqoriyada olan digər hakimlər - Hüseyin Göçek, Halis Özkahya, Mete Kalkavan, Əli Palabıyık, Alper Ulusoy, Bülent Yıldırım, Fırat Aydınus (yan xətt hakimi), Tolga Özkalfa və Barış Şimşək də bu qədər maaş alacaqlar.
Qeyd edək ki, ötən mövsümlə müqayisədə Çakırın maaşı 12 min (təqribən 4000 dollar) lirə azaldılaraq 32 mindən 20 minə salınıb.
Bu sabit gəlirdən başqa, Türkiyə Futbol Federasiyası hakimlərə idarə etdikləri hər oyuna görə mükafat da verəcək. Mükafatlar da hesablanmaqla birinci kateqoriyada yer alan hakimlərin aylıq gəliri (maksimun oyun idarə edəcəkləri halda) ümumilikdə 50 min lirə (16 min 815 dollar) təşkil edəcək.
Əlavə edək ki, Türkiyədən olan FİFA referilərinə idarə etdikləri beynəlxalq oyunlara görə UEFA tərəfindən də mükafat verilir.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç