Azərbaycan Rioda keçirilən Paralimpiya oyunlarının 3 lisenziyasından rəsmən imtina edib.
Qol.az-ın məlumatına görə, bu haqda özünün rəsmi Facebook səhifəsində Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Samayə Məmmədova məlumat verib.
O yazıb: “İdman Arbitraj Məhkəməsinin çıxardığı qərara əsasən Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyalarının əllərindən alınaraq digər ölkələrə paylanılması və Azərbaycana da 3 lisenziyanın təqdim edilməsi Azərbaycan Paralimpiya Komitəsi tərəfindən verilən, Gənclər və İdman Nazirliyi tərəfindən bir müddət öncə elan olunan qərara əsasən müsbət qarşılanmayıb və lisenziyaılar qəbul edilməyib.
Paralimpiya Oyunlarının bu gün başlanmasını, rusiyalı paralimpiyaçıların bu oyunlara buraxılmaması qərarının dəyişməz olduğunu nəzər alaraq, Azərbaycan tərəfi rəsmən 3 lisenziyadan imtina edib və paralimpiyaçılarımızın özlərinin qazandıqları lisenziya əsasında Olimpiya Oyunlarına qatılıblar” .
Xatırladaq ki, Rio-2016 paralimpiya oyunlarına 27 paralimpiyaçımız , 6 idman növündə ümumilikdə 44 lisenziya qazanıb.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video