Rakitiç Türkiyə ilə oyunu buraxa bilər

Rakitiç Türkiyə ilə oyunu buraxa bilər
XƏBƏR 1 Sentyabr 2016 / 16:57 2784
-  A +

“DÇ-2018”in seçmə mərhələsində Türkiyə ilə qarşılaşacaq Xorvatiya millisi oyuna ciddi itki ilə çıxa bilər.

Qol.az-ın xəbərinə görə, bunu yerli mətbuata açıqlamasında komandanın baş məşqçisi Ante Çaçiç deyib.

O qeyd edib ki, ailə problemlərinə görə üç gündür məşqdə iştirak etməyən İvan Rakitiçin Türkiyə ilə oyunda iştirakı sual altındadır.

“Barselona”nın yarımmüdafiəçisi isə  Xorvatiya mətbuatına açıqlamasında qızı xəstələndiyi üçün məşqlərə qatılmadığını bildirib:

“Mənim üçün həmişə ailə birinci yerdə olub. Buna görə də baş məşqçidən və komanda yoldaşlarımdan məni başa düşmələrini xahiş etdim. Həkimlər qızımın yaxşı olduğunu desələr, komandaya qoşulacam. Əks halda futbol oynaya bilmərəm”.

Qeyd edək ki sözügedən oyun sentyabrın 5-də Xorvatiyada keçiriləcək.

Son xəbərlər
topaz banner