21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadənin müsahibəsi
- Sentyabrın 6-da U-21 seçmə mərhələdəki son ev oyununda Farer adalarını qəbul edəcək. Oyunun hazırlığı necə keçir?
- Məşqlərimiz yüksək səviyyədə keçir. Hazırlıqla bağlı hər şey qaydasındadır. Toplanış müddətində 2 yoxlama oyunu keçirdik. Bu görüşlərdə futbolçular arasındakı anlaşmanı yüksək səviyyəyə çatdırmağa çalışırıq. Hazırda tam heyətlə məşq keçə bilmirik. Bəzi oyunçularımız əsas millinin düşərgəsindədirlər. Yeganə narazı qaldığım məqam odur ki, müdafiəçilərimiz yaxşı çıxış etmirlər.
- Yaxşı çıxış etməyə bacarıqları imkan vermir, yoxsa...?
- Yox, bacarıqları ora qədər deyil. Çünki məşqlərdə özlərini yaxşı tərəfdən göstərirlər. Amma “Kəpəz”lə oyunda zəif təsir bağışladılar. Bu, məni təəccübləndirir. Müdafiəçilər bacarıqlarından zəif çıxış etdilər.
- Heyətdə zədəli futbolçu var?
- Məqsəd İsayev zədəli olduğu üçün düşərgədən ayrıldı. Abbas Hüseynov zədəli idi. “Kəpəz”ə qarşı 1 hissə oynadı. Amma hiss olunur ki, tam bərpa olmayıb.
- Farer adalarının son oyunlarını izləmisiz?
- Baxmışam. Bu gün Rusiya ilə qarşılacaqlar. Həmin görüşü də izləyəcəyik. Rəqiz zəif deyil. Hər an təhlükə yarada bilərlər. Fiziki cəhətdən güclüdürlər.
- Müdafiəni qeyd etdiz. Amma razılaşarsız ki hücum xəttində də vəziyyət ideal deyil.
- Mahir Mədətov əsas millinin düşərgəsindədir. “Kəpəz”lə görüşdə Orxan Əliyevi hücumda sınadıq. Səhvləri olsa da, hücumçu kimi üzərinə düşəni etdi və 2 qol vurdu. Bəzi futbolçular əsas yığmadan bizə qoşulacaqlar və bu zaman seçim imkanımız genişlənəcək.
- Elnur Cəfərovun hazırkı vəziyyəti necədir?
- Elnura hər dəfə çalışıram şans verim. Sloveniyada toplanış zamanı bütün oyunlarda şans verdik. Problem oyun təcrübəsinin olmamağıdır. Komanda ilə birgə məşq etmir. Buna görə də təlim-məşq toplanışında çalışırıq ki, ona kömək edək. Azərbaycanlıdır, futbolumuzun gələcəyidir. Elnura dəstək olmaq lazımdır. “Xəzər Lənkəran”da oynayanda millidə də özünü yaxşı tərəfdən göstərirdi. İndi klubsuz olması ciddi problemdir.
- Rəqibin Farer adaları olması komandanızda arxayınçılıq yaratmayacaq?
- Arxayınlıqdan söhbət gedə bilməz. Son Avropa çempionatı da göstərdi ki, hamı futbol oynaya bilir. Rəqibə qarşı qeyri-ciddi yanaşsan, dərhal çətinə düşəcəksən. Onsuz da oyun çətin keçəcək. İlk gündən futbolçulara deyirəm ki, bu görüş ən çətin matçlardan biri olacaq.
Mənbə: futbolxeber.az
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq