Millimiz Bolqarıstana böyük hesabla qalib gəldi

Millimiz Bolqarıstana böyük hesabla qalib gəldi
GÜNDƏM 12 Avqust 2016 / 15:51 3417
-  A +

Bu gün Macarıstanda çimərlik futbolu üzrə Avropa Liqasının təsnifat mərhələsi start götürüb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, milli komandamız da ilk oyununa çıxıb.
 
Bolqarıstan yığması ilə qarşılaşan millimiz 7:2 hesabı ilə qələbə qazanıb. Orxan Məmmədovun het-trik, Sabir Allahquliyevin isə dubl etdiyi oyunda hərəyə 1 dəfə Əbdül Əliyev və Hikmət Bağırov fərqlənib.

Millimiz növbəti oyununu avqustun 13-də Danimarka yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:15-də başlayacaq.

Daha çox


Son xəbərlər