"Kəpəz"in braziliyalı hücumçusu Dario Frederikonun müsahibəsi
- "Daçiya" ilə Moldovadakı Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə vurduğun qol cütün taleyini həll etdi. Görüş barədə nə deyərdin?
- Bəli, mənim üçün sevindirici oldu. Ancaq bu, təkcə mənim üçün deyil, bütün komanda üçün xüsusi, "Kəpəz” və Gəncə şəhəri tarixində ən yaxşı qələbələrdəndir. Bakıdakı oyundan sonra səfər görüşündə də uğurla çıxış etmək istəyirdik. Bunu da yaxşı bacardıq. Növbəti mərhələyə çıxmağımız üçün bir qolu vurmağım, təbii ki, məni sevindirir.
- Yəqin etiraf edərsən ki, qolun qeydə alınmasında rəqib qapıçının səhvi də az rol oynamadı...
- Həmin zərbədən öncə topu önümə atdım və irəlilədim. Qarşımda müdafiəçilər var idi. zərbədən əvvəl qolkiperə baxdım və gördüm ki, yaxşı vursam, qol ola bilər. Belə də oldu, endirdiyim zərbə bizim üçün vacib qələbəni gətirdi.
- Demək olarmı ki, bu qolla əvvəlki Dario özünə gəlmiş oldu?
- Düşünürəm ki, ilk oyunda da yaxşı oynadım və zədədən sonra komandama kömək edə bildim. Cavab matçında da daha yaxşı oynayıb komandama xeyir verməyə çalışdım. Təbii ki, vurduğum qol mənə daha yaxşı olmağım, inamım üçün kömək olacaq. Azərbaycan futbolsevərləri əvvəlki Darionu görəcəklər.
- Səncə, yeni transferlər olmalıdır?
- Biz yaxşı komandayıq, heyətimiz yaxşıdır, yaxşı da baş məşqçimiz var. Komandamızın avrokuboklara yüksəlməsində xidmətləri olmuş bir neçə oyunçu "Kəpəz"dən ayrılıb. Yeni transferin olub-olmayacağı barədə xəbərim yoxdur. Hər halda yeni oyunçular gəlsə, onlar da bizə kömək edər. Hazırda "Kəpəz” bu heyətlə uğurlu nəticələr qazanır. Avrokuboklarda "Daçiya” səddini keçə bildik. Bu, "Kəpəz” üçün də yeni səhifədir.
- Avropa Liqasının II təsnifat mərhələsində Avstriya "Admira"sı ilə qarşılaşacaqsız...
- "Admira"nın yaxşı komanda olduğunu bilirəm. Biz hər iki görüşdə də uğurlu nəticə üçün oynayacağıq. Öz futbolumuzu göstərmək niyyətindəyik. Düşünürəm ki, futbolumuzu oynaya bilsək, "Admira”nı də keçə bilərik.
- Azərbaycanın digər klublarından təkliflər almısan?
- Bəli, zədədən əvvəl Azərbaycanın güclü klubları mənimlə maraqlanırdı. Amma mən "Kəpəz” kimi yaxşı komandada oynayıram. Burada da ən yaxşısını istəyirəm. Bəli, təklifim var idi, yaxşı təklif idi. Ancaq ailəmlə danışdım, özüm və ailəm üçün ən yaxşısının "Kəpəz"də qalmaq olduğunu gördüm.
Mənbə: Sportnet.az
Zaur Həşimov “Şəfa”nın məğlubiyyətini belə dəyərləndirdi
Rüfət oynadı, komandası uduzdu
“Borussiya”dan qələbə, “Bayern” xal itirdi
"Neftçi" "Şəfa"ya, "Sabah" "Zirə"yə qalib gəldi
Şeydayev “Soçi” ilə 3 xal qazandı
"Sabah"ın 5 qollu qələbəsindən - Video
Nuriyevin komandası səfərdə qalib gəldi
"ÇL-ə layiq olduğumuzu sübut etməliyik" - Coy Lens Mikels
“Bu oyundan pozitiv enerji ilə ayrılıram” - Rəşad Sadıqov
Nərimanın komandasından növbəti qələbə
Zerbinin "Tottenhem"i bu dəfə də qol vura bilmədi
Bundesliqada ilk: 40 yaşdan yuxarı 2 futbolçu üz-üzə gələcək
"Neftçi" - "Şəfa" matçının heyətləri açıqlandı
Haalanddan 300-cü qol
“Bu, komandam üçün yaxşı sınaq olacaq”
“Mançester Siti”də ilk oyununa son anda çıxdı
Flik “Barselona”nın kapitanlarını açıqladı
"Sabah" - "Zirə": Heyətlər
40 yaşlı Modriçin milli karyerası davam edir
Mourinyonun Arda Güler qərarı xoş qarşılanmadı
“Liverpul”un idman direktoru istefa verdi
Modriç Xorvatiya millisində oynamağa hazırdır
Yamal niyə komandadan ayrı düşüb?
Premyer Liqa klubundan baş məşqçi qərarı
Millinin yeni baş məşqçisi müəyyənləşdi
PSJ 5 futbolçu ilə eyni anda yeni müqavilə imzaladı
Gəncə şəhər stadionunda anşlaq
Luis Enrike məğlubiyyətdən danışdı
FİFA-UEFA gərginliyində növbəti mərhələ
Mourinyo “Real”ın futbolçularını niyə “sadəlövh” adlandırıb?
Neymar ağır zədə aldı
“Sabah”ın ev oyunları Bakı Olimpiya Stadionunda! - Rəsmi
“Real”ın mövsümdəki ilk məğlubiyyəti
PSJ-nin qələbəsiz oyunları seriyası üçə çatdı
Zamiq Əliyev oynadı, komandası qalib gəldi
Leandro Andrade “Polesye”də qol hesabını açdı - Video
“Qalatasaray”dan çətin qələbə
“Komandada hələ ki, stabillik çatışmır” - Azər Məmmədov
"Şamaxı" Gəncədə 3 xalı 4 qolla qazandı - Video
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi