"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev artıq uzunmüddətli zədəsini tam sağaldaraq Avstriyada davam edən təlim-məşq toplanışında komandayla hazırlıqlarını davam etdirir.
Qol.az-ın məlumatına görə, milli komandamızın üzvü klubun rəsmi saytına açıqlamasında zədəsinin son durumu, komandadakı yarımmüdafiə xəttindəki rəqabətdən və Çempionlar Liqasındakı rəqiblərindən danışıb:
"Altı aya yaxın yaşıl meydanlardan uzaq qaldım, amma indi durumum yaxşıdır. Komandayla məşqlərimi davam etdirirəm. Düzdür, yüz faiz hazır deyiləm, amma avrokuboklarda ilk oyuna qədər komandama tam gücümlə kömək etmək üçün çalışacam.
Komandaya yanvarda qoşuldum və cəmi 2-3 oyunda meydana çıxıdm. Az oynamağıma baxmayaraq, daim komandayla birlikdə olmuşam. Özümü
yeni transfer kimi hiss etmirəm.
"Qarabağ"ın yarımmüdafiə xəttində necə bir rəqabətin olduğu hamıya məlumdur. Belə rəqabətin olması həm mənim, həm də bu mövqedə mübarizə aparan digər futbolçular üçün yaxşıdır. Əgər bir yer uğrunda mübarizə gedirsə, futbolçu öz üzərində daha çox işləyir. Belə rəqabətdən heç bir problem olmaz, əksinə qazanan futbolçular olacaq. Meydana çıxıb-çıxmamağıma isə baş məşqçimiz qərar verəcək.
Çempionlar Liqasında Lüksemburqun son mövsüm "qızıl dubl" edən "Düdelanj" klubu ilə qarşılaşacağıq. Rəqib haqda elə də ətraflı məlumatım yoxdur. Onların heyətində çox saylı legionerlər oynadığını bilirəm. Yəqin ki, bir neçə gün sonra rəqibi təhlil edəcəyik. Avrokuboklarda ilk oyunlar həmişə çətin olur. Qarşılaşmaya ciddi hazırlaşırıq, bilirik ki, bizim üçün heç nə asan olmayacaq. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə vəsiqə qazanaq".
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi