"Qarabağ"ın növbəti rəqibi bəlli oldu

"Qarabağ"ın növbəti rəqibi bəlli oldu
ÖLKƏ FUTBOLU 24 İyun 2016 / 22:56 11216
-  A +

"Qarabağ"ın Avstriyada yoxlama oyunu keçirəcəyi növbəti rəqibinin adı məlum olub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi Albaniyanın ən titullu komandalarından olan son çempion "Skenderbeu" ilə qarşılaşacaq.

Oyun iyulun 1-də keçiriləcək. Qarşılaşma yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) başlayacaq.

Xatırladaq ki, “Qarabağ”  ilk yoxlama oyununu sabah yerli  “İnsbruck"a, ikinci yoxlama oyununu isə iyunun 28-i dördqat Rusiya çempionu "Zenit"ə qarşı keçirəcək.

Daha çox


Son xəbərlər