"Əlbəttə, bugünkü oyunu müsbət qiymətləndirirəm. Ancaq komandadan 100 faiz razı qaldığımı deyə bilmərəm. Komandada inkişaf var. Qazandığımız qələbə də komanda üçün irəliyə doğru addım sayıla bilər".
Qol.az-ın məlumatına görə, bu sözləri "Samtredia"nın baş məşqçisi Giya Tsetsadze Rumıniya "Dinamo"suna qalib gəldikləri yoxlama görüşündən (5:1) sonra deyib.
Ölkəsinin mətbuatına danışan gürcü mütəxəssis Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibləri olan "Qəbələ"yə də toxunub: "Avropa Liqasında mümkün qədər irəliləmək istəyirik. Çox təəssüf ki, "Samtredia" da daxil olmaqla Gürcüstanın bir sıra klubları infrastrukturun lazımi səviyyədə olmaması səbəbindən avrokuboklarda ev oyunlarını öz stadionlarında keçirə bilmir.
Biz də "Qəbələ" ilə ev matçımızı Samtrediada yox, Zestafonidə keçirməli olacağıq. Ancaq bunun bizim üçün problem olacağını düşünmürəm. Çünki Zestafoni ilə Samtredia bir-birinə yaxın şəhərlərdir. Əminəm ki, "Qəbələ" ilə matçda azarkeşlər stadiona gələrək bizə lazımi dəstək verəcəklər. Rəqibə gəlincə "Qəbələ"nin bir neçə futbolçu ilə yollarını ayırdığını bilirəm. Düzünü desəm, rəqib komandada baş verənlər məni maraqlandırmır. "Qəbələ"də müəyyən dəyişikliklər ola bilər. Bu, onların işidir. Mən öz komandama diqqət yetirirəm. Nəhayət ki, komandamın heyəti balanslaşdırılıb və "Qəbələ"yə qarşı da bu heyətlə oynayacağıq".
Qeyd edək ki, "Qəbələ" və "Samtredia" komandaları arasında ilk oyun iyunun 30-da Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Zestafonidə keçiriləcək.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi