Rövnəq Abdullayev: “Bu mərhələdə keçilməz rəqib yoxdur”

Rövnəq Abdullayev: “Bu mərhələdə keçilməz rəqib yoxdur”
ÖLKƏ FUTBOLU 23 İyun 2016 / 17:40 5053
-  A +

AFFA prezidenti Rövnəq Abdullayev avrokubokların 2016/2017 mövsümünün püşkatmasına münasibət bildirib.

Qol.az-ın apasport.az saytına istinadən yaydığı xəbərə görə, o, həm Çempionlar Liqası, həm də Avropa Liqasında Azərbaycan klubunun bəxtinə asan rəqib düşdüyünü deyib.

Komandalarımızn ilk mərhələni keçəcəyinə inandığını deyən Abdullayevin sözlərinə görə, bütün rəqiblər münasibdir:

“Püşkatmanın nəticəsini normal qiymətləndirirəm. Birinci mərhələdə komandalarımızın bəxtinə münasib rəqiblər düşüb. Bu mərhələdə keçilməz rəqib yoxdur. İnanıram ki, komandalarımız ilk mərhələni adlayacaq”.

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının II təsnifat məthələsində Lüksemburqun “Düdelanj” klubuna rəqib olub.  Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”, “Neftçi” və “Kəpəz” isə müvafiq olaraq  “Samtrediya”(Gürcüstan), “Baltsan” (Malta) və “Daçiya” (Moldova) ilə üz-üzə gələcək.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu