“Kəpəz” – “Daçiya” oyununun vaxtı dəyişdirildi

“Kəpəz” – “Daçiya” oyununun vaxtı dəyişdirildi
ÖLKƏ FUTBOLU 21 İyun 2016 / 12:19 6565
-  A +

"Kəpəz”in Avropa Liqasının I təsnifat mərhələsində “Daçiya” ilə keçiriləcək ilk oyununun vaxtı dəyişdirilib.

Qol.az-ın məlumatına görə, bu barədə Moldova klubunun rəsmi saytı xəbər yayıb.

UEFA sözügedən oyunun əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 30-da yox, 28-də keçirilməsinə qərar verib. 

Digər təmsilçimiz “Qəbələ” də iyunun 30-da Bakıda I təsnifat mərhələsinin oyununa çıxacaq. Buna görə də qitənin ali futbol qurumu "Kəpəz" - Daçiya" matçının tarixini dəyişib.

Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək oyun saat 18:00-da başlayacaq.

Daha çox


Son xəbərlər