“İspanlar istəsə, Türkiyəyə daha çox qol vurardı” – Prosineçki

“İspanlar istəsə, Türkiyəyə daha çox qol vurardı” – Prosineçki
ÖLKƏ FUTBOLU 20 İyun 2016 / 19:49 4985
-  A +

“Təəssüf ki, zəif və aşağı səviyyəli Türkiyə millisi  gördüm. Xorvatiya Türkiyədən daha yaxşı oynadı. İspaniya ilə matçda isə mübarizə görmədim. İspanlar istəsəydilər, daha çox qol vura bilərdilər”.

Qol.az-ın məlumatına görə, bu sözləri  milli komandamızın baş məşqçisi Robert Prosineçki Türkiyənin "Anadolu" agentliyinə açıqlamasında deyib.
Türkiyənin Avropa çempiontanda çıxışını dəyərləndirən  xorvatiyalı mütəxəssis komandada  dəyişikliklərin edilməli olduğunu bildirib: “Səhv etmirəmsə, Türkiyənin 11 matçlıq məğlubiyyətsizlik seriyası var idi. Komandanın içində nələrin baş verdiyini anlamaq həqiqətən də çox çətindir, amma dəqiq nəsə olub. Hər kəs daha yaxşı komanda gözləyirdi.

Arda Turan və Hakan Çalhanoğlunun əvvəlki oyununu görmədik. Seçmə mərhələdə oynayan Türkiyəni Fransada görmədim. Komandada böyük dəyişikliklər olmalıdır. Əks təqdirdə çexlərlə qarşılaşma çətin olacaq. Türkiyə son matçda 3 xal qazanarsa, qrupdan çıxa bilər”.

Daha çox


Son xəbərlər