"Qəbələ" Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstan "Samtredia" klubu ilə ilk oyununu səfərdə keçirəcək.
Qol.az-ın məlumatına görə, bu barədə Sportnet.az-a klubun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib.
Onun sözlərinə görə, UEFA müvafiq qərarı tezliklə verəcək: "Hazırda "Qəbələ" Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışındadır. Püşkə əsasən, "qırmızı-qaralar" ilk oyunu evdə keçirməlidirlər. Lakin oyunların yerləri dəyişəcək. Çünki biz də ev stadionu kimi "Bakcell Arena"nı sifariş etmişik. Püşkə əsasən, bu arenanın sahibi "Neftçi" də ilk oyununu evdə keçirməlidir. Bu halda, qaydalara əsasən, biz mübarizəyə səfər qarşılaşması ilə başlamalıyıq. Yəqin ki, UEFA tezliklə müvafiq qərarı qəbul edəcək. Mübarizəyə səfər oyunu ilə başlasaq, komandamız Gürcüstanda oyunu keçirdikdən sonra Bakıya qayıdacaq".
Qeyd edək ki, ilk oyun iyunun 30-da, cavab görüşü isə iyulun 6-da keçiriləcək.
Zubirdən vida mesajı
Qol vurandan sonra huşunu itirdi
"Araz-Naxçıvan" - "İmişli" matçından - Video
Nuriyev qol vurdu, komandası uduzdu
"Bizi çox çətin oyunlar gözləyir" - Cavid Hüseynov
Transfer təklifini rədd etdi, kapitanlıqdan məhrum oldu
“Sumqayıt” portuqaliyalı futbolçu transfer etdi
Şeydayevin komandasının matçı təxirə salındı
"Çelsi" "Real Sosyedad"a qalib gəldi
"Sabah" - "Kəpəz" matçının heyətləri açıqlandı
"İmişli"nin futbolçusu zədələndi
"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Konyaspor"dan bir gündə 4 transfer
Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
İmad Faraj "Neftçi" ilə vidalaşdı
“Qalatasaray”a "yox" dedi
“Mançester Siti” onu icarəyə göndərdi
Ferran Torres PSJ-yə keçdi
“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar
“Milan” futbolçusunu icarəyə verdi
“Atletiko” 40 milyonluq transferi açıqladı
"Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə