“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov AFFA Klublar Komitəsnin bugünkü iclasından sonra jurnalistlərin suallarını cavablandırıb
- Artıq sabahdan "Qəbələ” yeni mövsümün hazırlıqlarına start verəcək. Komandada transfer çalışmaları ilə bağlı son vəziyyət nə yerdədir?
- Gürcüstan millisinin üzvü Nika Kvekveskiri ilə razılıq əldə etmişik. Ondan başqa, daha 2 oyunçu ilə danışıqlar yekunlaşır. Müsbət nəticə əldə edəcəyimizi söyləmək mümkündür. 1-2 günə müqavilə üçün Bakıya gələcəklər. Komandamız təlim-məşq prosesinə Bakıda başlayacaq. Sonra 10 gün Gürcüstanda hazırlıq keçəcəyik. Orada yoldaşlıq oyunları da nəzərdə tutulub.
- Aleksey Antonov və Sergey Zenyovun komandadan ayrılacaqlarını əminliklə söyləmək mümkündür?
- Hər iki futbolçu ilə 1 illik müqaviləmiz var. Hazırda özlərinə komanda axtarırlar. Tapmayacaqları halda, onlardan hansısa yolla razılaşmağa məcburuq. Mümkündür ki, 2 futbolçudan biri komandaya qayıtsın. Onlardan başqa heç bir futbolçu "Qəbələ”dən getməyəcək.
- Roman Qriqorçukun köməkçilərinin taleyi necə olacaq?
- Onlar hələ ötən mövsümün sonunda komandadan ayrılmaq ehtimallarının olduğunu söyləmişdilər. Hazırda hər iki məşqçinin yerinə əvəzləyici axtarırıq.
- Yeni məşqçilər əcnəbi olacaq, yoxsa yerli?
- Hazırda məşqçilər korpusunda 2 yerli məşqçi var. Ola bilər ki, qapıçılarla işləyən yeni məşqçi komandaya cəlb olunsun. Eləcə də əvəzedici heyətin baş məşqçisi Ramin Quliyevin əsas komandada çalışmaq ehtimalı var.
- Təlim-məşq toplanışı üçün Gürcüstanı seçməyinizdə maddi məsələlərin rolu var?
- Maddi vəziyyəti də nəzərə almışıq. Digər tərəfdən, viza məsələsi var. Əvvəldən heyətdən hansı oyunçuları cəlb edəcəyimizi bilmirdik. Viza məsələsində problem yaşamamaq üçün Gürcüstan variantını seçdik.
- Bu il Avroliqada "Qəbələ”nin hədəfi nə olacaq?
- Keçən il də Avroliqadan öncə demişdik ki, hədəfimiz bacardıqca irəli getməkdir. Bu da dəfə də hədəfimiz eynidir.
- Hazırkı "Qəbələ”nin gücü Avroliqanın qrupuna düşməyə imkan verir?
- Cəlb etmək istədiyimiz futbolçuların potensialı buna imkan verir. Bunun nə dərəcədə alınıb-alınmayacağını zaman göstərəcək.
- Əsasən legioner futbolçu transfer etməyiniz nədən irəli gəlir?
- Çünki güclü yerli futbolçuların hamısının klubları ilə müqavilələri var. Müqaviləsi olan futbolçunu komandaya necə götürək? Arif Daşdəmirovun bizimlə müqaviləsi başa çatdı. O "Qəbələ”də qalmaq istəmədi və "Qarabağ”a keçdi.
- Akademiyadan gənclərin əsas komandaya cəlb edilməsi mümkündür?
- Əvəzedicilərdən 8 oyunçunu əsas komandaya cəlb edəcəyik. İlk toplanışdan sonra onlardan 4-5-i komandada qalacaq. Həmin siyahıdan 2 oyunçu isə növbəti mövsüm əsas komandada çıxış edəcək.
- Yeni komanda ötənilki "Qəbələ”dən zəif olmayacaq?
- Keçən il Avroliqanın qrupuna düşdükdən sonra heyətə çox legioner cəlb etmək imkanımız odu. Bu il həmin imkanımız olmayacaq. Maddi baxımdan bu il vəziyyət fərqlidir.
- "Qəbələ”nin büdcəsinin azaldılmasında devalvasiya rol oynadı, yoxsa komandanın geridə qalan mövsümdə çempion olmaması?
- Çempion olsaydıq, münasibət bəlkə də başqa cür olardı. Amma fakt budur ki, komandanın büdcəsi müəyyən qədər azaldılıb.
- "Qəbələ” yenidən Avroliqanın qrupuna düşsə, büdcənin artırılması mümkündür?
- Dəqiq nəsə deyə bilmərəm. Bu suala daha dəqiq cavabı klub prezidentimiz Tale Heydərov cavab verə bilər. Mən ötən mövsümü uğurlu sayıram. 1 il ərzində qrupa düşdük, yenidən Avroliqada oynamaq hüququ qazandıq. Razıyam ki, çempionatda çıxışımız daha uğurlu ola bilərdi. Lakin bu nəticəni də uğur sayıram. Qarşıya baxmaq lazımdır. Birinci komandada daha əvvəl klubun 2 yetirməsi oynayırdı. Növbəti mövsüm üçün heyətə daha 5-6 nəfər də qatılacaq ki, bu məqam məni çox sevindirir.
- Ruslan Qurbanovun "Qəbələ”yə keçəcəyi haqda yayılan xəbərlər nə dərəcədə doğrudur?
- Ruslanın "Neftçi” ilə müqaviləsi var. Məndə olan məlumata görə, komandası onu buraxmır. Biz "Neftçi”yə təklif göndərməmişik, Ruslan Qurbanovla da danışıq aparmamışıq.
- Premyer Liqada 8 komandanın iştirakına münasibətiniz necədir?
- Mən istərdim 10, 12 komanda olsun. Amma son qərarı AFFA verəcək. 10 komanda olub, biabırçı meydançalarda oynamaqdansa, 8 komandalı çempionat daha yaxşıdır. Məni bəzi klubların şəraiti çox narahat edir. Çünki səfər oyununa gedəndə çox biabırçı hallarla üzləşirik. O vəziyyəti "Qəbələ” də keçib. Bizdə də ilk gündən hər şey yaxşı olmayıb. Çox istərdim ki, AFFA və PFL lisenziya verərkən bu məqama diqqət yetirsin (Sportnet.az).
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi
"Qərar hansı əsasla ləğv edildi?" - Tomas Tuxel
"Milan"ın oyunçusu sıradan çıxdı
Millinin baş məşqçisindən rəqib oyunçuya qeyri-etik ifadə
"Sumqayıt"ın rəqibləri bilindi
"Üzərimizdə böyük məsuliyyət var" - Valdas Dambrauskas
Arne Slot Niderland millisinin baş məşqçisi ola bilər
Musiala əməliyyat olundu
Felipe Luisin təyinatı açıqlandı - Rəsmi
15 gün əvvəl müqaviləni yenilədiyi "Qəbələ"dən ayrıldı
“Zirə”nin rəqibindən transfer
“Kamilo Duranın transfer danışıqlarında irəliləyiş var”
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Premyer Liqa klubunda yeni baş məşqçi
“Tottenhem” tarixinin ən bahalı transferi oldu
“Zirə” - “Torpedo” oyununun biletləri satışa çıxarılır
TNS-in baş məşqçisindən "Sabah" haqda - Açıqlama
Norveç şahzadəsi Haalandla görüşdü
Belçika Futbol Assosiasiyası FİFA-nın qərarından şoka düşüb
Azərbaycandan getdi, Tayland klubuna keçdi
"Futboldan başı çıxmayan iki adam..." - Kloppdan sərt sözlər
Keyn mundiallar tarixinə belə düşdü
Seneqal millisinin liderləri arasında münaqişə
Azərbaycan klublarının avrokuboklar mövsümü başlayır
İngiltərə millisinin futbolçusu qələbə sevincində zədələndi
Bellinqem "ən yaxşı" seçildi
Bombardirlik yarışında “amansız mübarizə”
“Vikinq gəmisi” dayanmır! - Video
DÇ-2026: 1/4 finalın ilk iki cütü müəyyənləşib
Haaland matçın ən yaxşısı seçildi