"Empoli"nin yeni baş məşqçisi müəyyənləşdi

"Empoli"nin yeni baş məşqçisi müəyyənləşdi
XƏBƏR 26 May 2016 / 18:54 2197
-  A +

İtaliya A Seriya təmsilçisi "Empoli"nin yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanı yeni mövsümdən Covanni Martuskyello çalışdıracaq.

Yeni baş məşqçi mayın 27-də rəsmən ictimaiyyətə təqdim olunacaq. 2010-cu ildən klubda baş məşqçinin köməkçisi vəzifəsində işləyən Martuskyelli mövsümün sonunda komandadan gedən baş məşqçi Marko Campaolonu əvəzləyib.

Qeyd edək ki, "Empoli" ötən mövsüm İtaliya A Seriyasını 10-cu pillədə başa vurub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner