"Kəpəz" daha bir futbolçu ilə müqavilə yenilədi

"Kəpəz" daha bir futbolçu ilə müqavilə yenilədi
XƏBƏR 26 May 2016 / 11:58 4901
-  A +

Yeni mövsümdən ölkəmizi Avropa Liqasında təmsil edəcək "Kəpəz" daha bir futbolçusu ilə müqavilə yeniləyib.

Klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu Qol.az-a açıqlamasında yarımmüdafiəçi Dario Federiko ilə müqavilənin müddətinin daha bir illiyə uzadıldığını bildirib.

Braziliyalı futbolçu 2016/2017 mövsümünün sonuna qədər "Kəpəz"in şərəfini qoruyacaq.

Qeyd edək ki, Gəncə təmsilçisi daha öncə Julien Ebah və Tadas Simaitislə bir illik müqavilə imzalayıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner