Hövsan Olimpiya İdman Kompleksində universal döyüş üzrə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş beynəlxalq turnir keçirilib.
Qol.az-ın xəbərinə görə, yarışda Azərbaycan idmançıları ilə yanaşı, 9 ölkədən (Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan) 278 idmançı bacarığını nümayiş etdirib. Komandamızın üzvləri uğurla çıxış edərək 9 qızıl medala sahib çıxıblar. İdmançılarımızdan Cümşüd Məmmədov (60 kq), Elçin Hüseynli (65 kq), Namiq Məmmədzadə (70 kq), Əziz Əzimov (75 kq), Əliqismət Məmmədov (80 kq), Nicat Tağıyev (90 kq), Tahir Məsimov (95 kq), Yasər Rüstəmov (+95 kq) bütün rəqiblərini üstələyərək çempion tituluna yiyələniblər.
Ümumi hesabda Azərbaycan yığma komandası birinci pillədə qərarlaşıb. Rusiya komandası ikinci, İran yığması isə üçüncü olub. Turnir çərçivəsində peşəkarlar arasında 5 reytinq döyüşü və Asiya kəməri uğrunda döyüş də təşkil edilib. Nihad Qocayev (75 kq) və Fərid Mirzəbəyov (85 kq) reytinq döyüşlərində qalib adını qazanıblar. Asiya kəməri uğrunda döyüşdə isə Nicat Əliyev (75 kq) çempion olaraq kəməri ölkəmizdə saxlayıb. Döyüşlərdə fərqlənmiş idmançılara da mükafatlar təqdim olunub. Cümşüd Məmmədov yarışın «ən texnikalı döyüşçü»sü, Namiq Məmmədzadə isə «ən əzmkar döyüşçü» adına layiq görülüb.
Yığmamızın çıxışı ilə bağlı fikirlərini bölüşən Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, Beynəlxalq Universal Döyüş Federasiyasının I vitse-prezidenti Azər Həsənov komandanın çıxışından razı qaldığını bildirib:
"Bu yarış Gənclər və İdman Nazirliyi, eləcə də, Azərbaycan Universal Döyüş Federasiyasının birgə təşkilatçılığı ilə keçirildi. Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarış Beynəlxalq Universal Döyüş Federasiyasının rəsmi təqvim planında yer aldığı üçün bu turnirə maraq daha çoxdur. Qeyd edim ki, yarışların açılış mərasimində Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti, Olimpiya çempionu Sergey Novikov da iştriak edirdi. Sevindirici haldır ki, budəfəki yarış uğurla yekunlaşdı. Komandamız yarışa çox yaxşı hazırlaşmışdı. Komandamızın üzvləri yarışa hazırlıq məqsədilə Tofiq Bəhramov adına Respublika Stadionunda və Gürcüstanda keçirilən təlim-məşqlərdə iştirak etmişdilər. Turnir çərçivəsində universal döyüş tarixində ilk dəfə peşəkarlar arasında döyüşlər və Asiya Kəməri uğrunda peşəkar döyüş də keçirildi. Peşəkar döyüşlərə ilk dəfə Azərbaycanın ev sahibliyi etməsi bu növün Azərbaycanda yüksək inişafından xəbər verir. İnanıram ki, təmsilçilərimiz bundan sonrakı mötəbər yarışlarda da onlara bəslənilən ümidləri doğruldacaqlar".
Yuxarı
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
Rafinya Norveçlə oyunu buraxacaq
"Bavariya"dan 55 milyon avroluq transfer
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda
Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
“Top saçıma toxunduğu üçün ofsayd qərarı verildi”
Naqelsmanın istefasının səbəbi açıqlandı
Deşamdan Mbappeyə hədiyyə - Video
Kevin Medina yeni klubunda təqdim olundu - Şəkillər
“Kəpəz”ə yeni rəhbər seçilib
Misir millisinin baş məşqçisi ilə polis arasında insident
Komandası ilə vidalaşdı, “Qarabağ”a qoşuldu
Ronaldo eyvana çıxıb azarkeşləri coşdurdu - Video
"Şəfa" Premyer Liqa üçün hazırlığa start verdi - Şəkillər
Alleqrinin yeni klubu rəsmiləşdi
Britaniya futbolu tarixinin ən bahalısı oldu
Futbolçu raket atəşi nəticəsində həyatını itirdi
Ronaldodan daha bir ilk
Mundialla vidalaşdı, milli karyerasını başa vurdu
Naqelsmann Almaniya millisindən ayrıldı
Ronaldo Modriçə nə deyib?
DÇ-2026-da 1/8 finalın müəyyənləşən cütlükləri
İspaniya millisi növbəti mərhələyə belə adladı - Video