FİFA referisi Orxan Məmmədovun 10 aylıq oğlunun müalicə xərcləri üçün sosial şəbəkələrdə başlatdığı yardım aksiyası getdikcə böyüyür.
Qol.az azxeber.com saytına istinadən xəbər verir ki, Orxan Məmmədovun 10 aylıq oğlu Nemət Məmmədov beynin normal inkişafının pozulmasından əziyyət çəkir. 4 dəfə Bakıda əməliyyat olunan körpə artıq xaricdə müalicə almalıdır. Buna səbəb isə körpənin beyninə suyun yığılmasıdır. Azərbaycanda həkimlər körpənin yaşamayacağı diaqnozunu qoyublar. Nemət yaşaması üçün Moskvada əvvəlcə endoskopiya olunmalı, sonra isə onun müalicəsi davam etdirilməlidir. Lakin valideynlərinin buna imkanı çatmır.
O.Məmmədov körpə üçün bank hesabı da açdırıb. O sosial şəbəkələrdə, İtaliya millisinin ona hədiyyə etdiyi fotmanı da satışa çıxartdığını qeyd edib.
Əldə etdiyimiz məlumata görə, AFFA müalicə xərclərinin müəyyən qismini öz üzərinə götürüb.
Yuxarı
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər